Kainatın yaradılışı və sonu

Kainatın yaradılışı «Big Bang» adlandırılan böyük partlayışla başlamış və o zamandan bəri kainat genişlənir. Elm adamları kainatın kütləsinin lazımi miqdara çatdıqda cazibə qüvvələri səbəbi ilə bu genişlənmənin dayanacağını və nəticədə kainatın öz içinə çökərək büzüləcəyini bildirirlər.

“Big Crunch” (Böyük büzülmə) nəzəriyyəsi “Big Bang”lə (Böyük partlayış) başlayaraq genişlənməkdə olan kainatın getdikcə sürətlənərək içəri çökəcəyini irəli sürən nəzəriyyədir. Nəzəriyyəyə görə, kainatdakı bu tənəzzül kainatın bütün kütləsini itirib sonsuz sıxlıqdakı nöqtəyə dönməsinə qədər davam edəcək.
Büzülən kainatın sonda “Big Crunch” (Böyük çökmə) adlanan yüksək temperatur və sıxılma ilə nəticələnəcəyini ifadə edirlər. Bu isə məlum olan bütün həyat formalarının yox olması deməkdir.


Ardı →