Yaraları sağaldan bitki - Kalanxoe

Bu bitki tək xalq təbabətində deyil, ənənəvi tibbdə də geniş istifadə olunur. Kalanxoe bitkisi təsirli yarasağaldan, iltihab və mikrobəleyhinə vasitədir.

Kalanxoe şirəsi apteklərdə müalicəvi vasitə kimi satılır, bu bitki müxtəlif dərmanların, kremlərin, losyonların tərkibinə daxil edilir.

Ev şəraitində kalanxoe şirəsini hazırlamaq üçün qalın yarpaqlar götürülür, tənzifə bükülür, 1 həftə ərzində soyuducuda saxlanılır, sonra şirə tənzifdən sıxılır və yaxşı süzülür. Hazır kalanxoe şirəsi soyuducuda saxlanılır.

Kalanxoe bitkisinin şirəsi ilə olan islatmalar müxtəlif yanıqların, xoraların, yaraların müalicəsində istifadə olunur. Kalanxoe şirəsi dəridə regenerasiya (bərpa) proseslərini xeyli sürətləndirir və həmçinin yaralara antiseptik təsir edir. Steril tənzif kalanxoe şirəsində isladılır və yaranın üzərinə qoyulur. Müalicə kursu — 10-15 gün.

Kalanxoe şirəsi uşaq əmizdirən analarda döş gilələri çatlarının müalicəsində də istifadə olunur (uşağı əmizdirdikdən əvvəl gilələri yumaq lazımdır).

Kalanxoe şirəsi həmçinin üz dərisinə çox müsbət təsir edir — sızanaqlardan, civzələrdən təmizləyir. Kalanxoe şirəsini hər gün üz dərisinin problemli sahələrinə çəkin.


Ardı →