Катюша silahı

  • Hərb
1941-ci il iyunun 21-də, Almaniyanın SSRİ-yə hücumundan bir gün əvvəl sovet hökuməti reaktiv artilleriya sistemlərinin seriyalı istehsalı haqqında qərar qəbul etmişdi. Beləliklə, adı gözəl, özü isə zəhmli «Katyuşa»nın istehsalına başlandı. «ZiS-6» markalı yük maşınlarının bazasında yaradılan «Katyuşa»lardan bu gün bütün MDB məkanında cəmi ikisi qalmışdır. Biri Peterburq Artilleriya Muzeyində, digəri isə Zaporojyedədir. Bir raket qurğusunun yaylım atəşi düşmənin başına 132 millimetrlik on altı və ya 82 millimetrlik otuz iki mərmi yağdırırdı. Raketlər, demək olar, eyni vaxtda buraxılır və hədəfə alınan rayonda ərazini bir neçə saniyə ərzində "şumlayırdı".
Ardı →