Kişi kəmərləri


Qayda 1: 
Düzgün seçilmiş kəmər üçüncü deşikdə bağlanmalıdı, kəmərin artıq qalan hissəsi şalvardakı kəmərin taxılması üçün birinci hissədən keçirilməlidir.

Qayda 2: Heç zaman kəmərdə əlavə deşik açmayın, əgər kəmərin ölçüsü uyğun gəlmirsə onda xüsusi bolt vasitəsi ilə tənzimləyin.

Qayda 3: Klassik kişi kəmərinin rəngi ayaqqabı və çantanın rənginə uyğun gəlməlidir.

Qayda 4: Kəmərin rənginin saatın qayışının rəngi ilə uyğun gəlməsi mütləq olmasa da, arzuolunandır.

Qayda 5: İş kostyumu üçün ciddi, heç bir artıq elementsiz kəmər seçmək lazımdı, gündəlik istifadə üçün isə enli və sizə rahat olan kəmər seçməyiniz məqsədəuyğundu.


Davamı →

Kişi aksesuarların əhəmiyyəti haqqında

Əgər qadınların geyiminə diqqət yetirsəniz, onların günlük geyimlərində belə müxtəlif aksesuarlardan istifadə etdiyini görərsiniz. Qəbul edək ki, bu aksesuarlar onların gözəlliyinə əlavə gözəllik qatır və daha incə, zövqlü görünmələrinə şərait yaradır. Eləcə də kişilər üçün olan aksesuarlar düzgün geyimlərlə uyğunlaşdırılanda qarşı tərəfin gözündə eyni cür görünür.

Əvvəlcə başlayaq qol düymələrindən. Heç pencəyinizin üzərindəki qol düymələrinin mənası haqqında düşünmüsünüz? Pencəkdəki qol düymələrinin quruluş forması və sayı sizin nüfuzunuzun önəmli bir hissəsidir.
Bir çoxunun əhəmiyyətsiz hesab etdiyi bu incə detal diqqətlə seçildiyi halda sizin ciddiliyinizə, yaraşığınıza əlavə şıqlıq qatacaq. Əmin olun ki, hətta ən sadə köynəyinizlə uyğunlaşdırdığınız düzgün qol düymələri axşamkı şam yeməyində qarşı tərəfin gözündən yayınmayacaq.


Ardı →