BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ (DARVİNİZM) DAYANIR

BÜTÜN AZĞIN İDEOLOGİYALARIN KÖKÜNDƏ TƏKAMÜL NƏZƏRİYYƏSİ (DARVİNİZM) DAYANIR

 DARVİNİZMDƏN QAYNAQLANAN BƏLALAR: KOMMUNİZM, FAŞİZM, SATANİZM, PKK VƏ TERROR.
Darvinizm, kommunizm, materializm, şiddət, və terror bir –birindən ayrılmaz vəhdətdirlər. Darvinizm insanları heyvan olaraq gördüyü üçün, bu anlayışı qavrayan, mənimsəyən insanları üsyana, münaqişəyə, səviyyəsizliyə, eqoistliyə və əlaqsızlığa yönəldir. İnsanı insan edən dəyərlərdən- din əxlaqından, ailədən, namusdan və şərəfdən, mərhmətdən- uzaqlaşdırır. Həyatın mübarizədən ibarət olduğunu təlqin etməklə, onları hər hansı bir azğın ideologiya və cərəyanı izləmələrinə səbəb olur. Darvinizmi əsas götürən cərəyanlar, keçən əsrdə ən böyük dağıntılara, müharibələrə, terror aktlarına, kütləvi qətliamlara, soyqırımlara səbəb olublar. Darvinizm, bütün dünyaya, kommunizmi, faşizmi, müharibələri və terror bəlasını gətirib. 150 il müddətində cərəyan edən hər cür pisliyin, problemin bələdçisi darvinizmdir. Darvinizm, Kommunizm və Terror bir-birindən ayrılmazdır
Türkiyə dövlətinin bölünməz bütünlüyünü hədəfləyən ən təhlükəli təhdid olan separatçı terror, birbaşa kommunist ideologiyaya əsaslanır. Materialist və darvinist olan bu ideologiya, əxlaq, müqəddəslik və mənəviyyat kimi anlayışları rədd edir, insanların sadəcə maddi varlığını əsas götürür və onları bir qrup heyvan növü kimi görür. Tarix boyu kommunist və faşist diktatorlar, öz ideologiyalarını və törətdiklərini darvinizmlə dəstəkləyiblər. Karl Marks, darvinizm ilə kommunizmin əlaqəsini bu şəkildə bildirmişdi:
 «Darvinin əsəri böyük əsərdir. Tarixdə baş verən sinfi mübarizənin təbiət elmləri cəhətindən əsasını formalaşdırır.» (Marks Engels Mektublar, cild 2, s.126)
Ardı →