Krım müharibəsi

Avropa dövlətləri arasında həmrəyliyin pozulmasında mühüm əhəmiyyətə malik 1848-1849-cu illər inqilabları Vyana sisteminin çökməsində də böyük rol oynadı. əsrin ortalarında Avropanın yaşadığı ictimai­siyasi sarsıntılar dövlətləarası münasibətlərdə «real siyasət» adını almış strateji xəttin meydana gəlməsinişərtləndirdi. Vyana sisteminə sonuncu zərbə isə 1853-1856-cı illər Krım müharibəsi oldu. Onun başlanmasında Fransa, Rusiya və Ingiltərə ilə yanaşı Avstriya və Prusisiya da maraqlı idilər və hər biri konkret məqsədlərə malik idilər.
Avropa dövlətləri «real siyasət» kursuna birdən-birə keçmədilər. əsrin ortaları üçün kontinentdə yeni geosiyasi durum formalaşmaqda idi. Fransa onilliklər boyu davam edən müharibənin nəticələrinin aradan qaldırmış, III Napoleon hakimiyyətə gəlmiş (1853-1870) və II imperiya qurulmuşdu. Fransanın başlıca məqsədi Vyana sisteminin buxovlarından qurtulmaq idi ki, Macarıstanda baş vermiş 1848-1849-cu il hadisələri bunun üçün əlverişli imkan yaratmışdı.
Davamı →