Lao Tzıdan 8 məsləhət

1. Həyatınızla bağlı sualların cavabları əslində əlinizdədir.
Varlığınızın mərkəzində cavablarınız gizlidir. Kim olduğunuzu və nə istədiyinizi əslində bilirsiniz. Başqalarına hakim olmaq qüvvətdir, özünüzə hakim olmaq isə həqiqi gücdür.

2. Hər şeyi olacağına buraxdığın an azad olacaqsan.
Bəzi şeyləri olacağına buraxdıqda hər şey qaydasına düşməyə başlayır. Olacağına buraxa bilən insanlar qazanırlar. Ancaq daim şansınızı sınamağa davam etməlisiniz. Əgər hər şeyə sahib olmaq istəyirsənsə, hər şeydən əl çəkə bilməlisən. Palçıq çöküb su şəffaflaşanadək gözləməyə səbrin varmı?
Davamı →

Qadınlıqdan güc alan fəlsəfə - Daosizm

Lao Tzının fəlsəfəsini özümçün axıra saxlamışam həmişə. Bu fəlsəfəyə girişmək üçün hazır olmadığımı düşünmüşəm. Və bu kiçik essedə «Dao De Çinq»in tərcüməsi üzərində işlərkən diqqətimi cəlb etmiş bəzi məqamlar üzərində gəzişəcəm yalnız. Daha artığına iddiam yoxdur. Daosizimin özəl taleyi vardır.

Məsələ ondadır ki, Şərqin Konfutsi, Budda, İsa, Məhəmməd kimi mistik filosoflarından fərqli olaraq Lao Tzı dünya fəlsəfəsinə və dolayısı ilə də bəşər mədəniyyətinə birbaşa böyük təsir göstərə bilmədi. Lokal hadisə, fenomen çərçivələrindən kənara çıxmadı. Hərçənd ayrıca bir fəlsəfi sistem, həyat tərzi, yəni din olaraq həyata vəsiqə aldı.
Davamı →