Zibeydə mahnısı haqda

  • Musiqi
Azərbaycanın estrada cazının ən sevilən və bir çox müğənninin illərdir müraciət etdiyi “Zibeydə” mahnısı necə yaranıb?
Milli musiqi xəzinəmizə əvəzsiz töhfələr verən bəstəkar Tofiq Quliyevin mahnıları həmişə sevilə-sevilə dinlənilir, zövqləri, ruhları oxşayır. O, milli kino musiqimizə də fərqli üslub, düşüncə tərzi gətirən sənətkardır.

Davamı →

Sənətə sevginin gücü

  • Musiqi
Bəstəkar, dirijor, pedaqoq, folklorşünas, ictimai xadim, Azərbaycan klassik musiqisinin yaradıcılarından biri, Azərbaycan musiqisində Avropa stilində ilk operanın («Nərgiz”) müəllifi, Əməkdar incəsənət xadimi… Əlli iki illə müqayisədə çox böyük işlər, nailiyyətlərdir bunlar...
Yaxşı ki, əməlləri, qazandıqları və qazandırdıqları insan ömrünün uzunluğuna və ya qısalığına görə bəlirlənmir. Müslüm Maqomayev də qismətinə düşən əlli iki illik ömrü istedadının və zəhmətinin gücü ilə əbədiyyət mənzilinə yetirə bildi...

Davamı →

Müslüm Maqomayev | Qızıl səs əfsanəsi

Ötən il bu vaxtlar özü son illər ən yaxın simsarına çevrilmiş kompyuterinin qarşısında əyləşib heç vaxt üzünü görmədiyi pərəstişkarları ilə çatlaşır, onların təbriklərini, ən xoş diləklərini qəbul edirdi. Həmin diləklərin ünvanı kimi mövzusu da bəlli idi — yaradıcılıq uğurları, uzun ömür, cansağlığı… Bax, bu sonuncu diləyin Tanrı dərgahında eşidilməsinə ehtiyacı çox idi. Builki ad günündə də ən vəfalı pərəstişkarları — böyük sənətkarı, səmimi insanı dəyərləndirməyi bacaran insanlar onu yad edəcəklər. Ola blisin ki, bu isti avqust günündə onun Fəxri Xiyabandakı torpağı soyumamış məzarını ziyarət edənlərin sayı sənətkarı ömrünün sonunadək ən sevimli müğənnisi tək sevməkdə qərarlı kəslərin sayından qat-qat az olsun. Nə eybi, onsuz da əsl sevginin əbədi ünvanı ürəkdir.

Davamı →

Müslüm Maqomayev haqqında nələri bilirik?

Müslüm Maqomayevin ölümsüzlüyünə aparan yol
Əgər uşaq teatr rəssamı və dramatik aktrisanın ailəsində doğulursa və hələ üstəlik onun babası tanınmış bəstəkardırsa, hər şey onun incəsənətlə bağlı olacağını güman etməyə əsas verir. İndiki vəziyyətdə də məhz belə olub. Lakin heç kəs bu oğlanın hansı yüksəkliklərə ucalacağını və pərəstişkarlarının necə sonsuz sevgisini qazanacağını təsəvvür edə bilməzdi.

Çətin günlərdə doğulmuş
Oğlanın adını Müslüm qoyublar. O, qorxulu və dəhşətli 1942-ci ildə dünyaya gəlib. Düzdür Bakıda, müharibə alovundan uzaqda olub. Öz atasını Müslüm ümumiyyətlə xatırlamırdı: oğlu anadan olduqdan qısa müddət sonra Məhəmməd Maqomayev orduya çağırılır, tale isə onunla pis zarafat edir – o, Berlinin alınması uğrunda gedən döyüşlərdə qələbəyə bir neçə gün qalmış vəfat edir.
Davamı →

Müslüm Maqomayev

O, 1942–ci il avqustun 17–də pioner və oktyabryatlar dövründə, fəhlə uşağının ən nüfuzlu institutlarda təhsil aldığı bir zamanda anadan olmuşdu. Baxmayaraq ki, bu -bütöv dünya bildiyimiz, kommunizm riyası altında yaşadığımız, ümidsiz, sabahsız SSRİ dövrü idi…
Bakıda anadan olan Müslümə Azərbaycan musiqisinin tanınmış simalarından olan babası Müslim Maqomayevin adını vermişdilər.
Babasının və həyat yoldaşı Bəydigülün iki övladı dünyaya gəlmişdi. Kiçik oğul, yəni Müslümün atası — Məhəmməd Maqomayev tanrıdan vergili insan idi, baxmayaraq ki, musiqi təhsili almamışdı, royalda çalırdı və həm də oxuyurdu, onun çox ürəyəyatımlı və xoşagələn səsi vardı. İstedadlı teatr rəssamına atasından mətanət və kişilik əzmi miras qalmışdı. Məhz belə insan sevdiyi hər şeyi atıb vətəni qorumağa gedə bilərdi. Atasının ölüm xəbərinin Müslümdən uzun illər gizlətmişdilər, 10 yaşına çatanda ona həqiqəti deməyə məcbur oldular.
Davamı →