Məğrib və Liviya xalqları

Məğrib ölkələri və Liviya şimali Afrikanın qərb hissəsində yerləşir. Öz relyef şəraitinə görə bu vilayət dağlıq ərazidə yerləşir və Atlas dağ massivləri öz təsirinibütün vilayətdə göstərir. Əlcəzair, Tunis ərazilərindəgeniş əkinçilik vadisi mövcuddur. Buranın yumşaq iqlimi, bol sulu çayları var. Məğrib ərəbcə günbatan deməkdir. Buraya Mərakeş, Əlcəzair, Tunis və Liviya əraziləri aiddir.
E.ə. I minilliyin başlanğıcında Finikiyalılar Aralıq dənizi sahillərində öz koloniyalarına yaratmışdılar. Ən qədim Utika koloniyası indiki Tunisin şimalında yerləşir. Digər koloniya Karfagen koloniyasıidi ki, qısa bir müddət ərzində o bütün qonşu koloniyaları özünə tabe edərək, güclü bir dövlətə çevrilmişdi. Korfagen şəhəri e.ə 814-cü ildə salınmışdı.


Ardı →