Məun surəsi və onun təfsiri

  • Quran
Anlamı
1. Dini yalan hesab edəni gördünmü? 2. O elə adamdır ki, yetimi itələyib qovar. 3. Və (xalqı) yoxsulu yedirtməyə rəğbətləndirməz. 4. Vay halına o namaz qılanların ki, 5. Onlar öz namazlarından qafildirlər. 6. Onlar (namazlarında) riyakarlıq edər. 7. Və (xalqa) zəkat verməyi qadağan edərlər.

Surə yeddi ayədən ibarətdir. Klassik müfəssirlərin bəziləri hesab ediblər ki, surə Məkkədə nazil olub. Digərlərinə görə ilk 3 ayə Məkkədə, qalanları isə Mədinədə nazil edilib. Surəni təfsir edən Mədudi yazıb: «Bizə görə surənin içində onun Mədinədə nazil olmasına dair bir işarə var. Buna səbəb həm bəzi namaz qılanların səhlənkarlığı və həm də namazlarından qafil olanlar üçün ayədə „vay halına“ deyilməsidir.
Davamı →