Maks Eyve-hollandların iftixarı

«Elmin və şahmatın oxşar xüsusiyyətləri ondan ibarətdir ki, hər ikisi qarşıya qoyulmuş məqsədə çatmaqda intizamlı və ardıçıl olmağı tələb edir».
M. Eyve
Ərazicə çox da böyük olmayan Hollandiya istedadlarla həmişə heyrətamiz dərəcədə zəngin olmuşdur. Bu kiçik ölkə dünyaya dahi filosoflar, fiziklər, riyaziyyatçılar, bioloqlar, rəssamlar, musiqiçilər bəxş etmişdir. Hyugens və Lorents kimi fiziklərin, mikroskopun ixtiraçısı Levenhukun, Van Deyk və Rembrandt kimi rəssamların, humanist və mütəfəkkir Erazm Rotterdamskinin adları bəşəriyyət tarixinə əbədi olaraq daxil olmuşdur. Şahmat sahəsində isə hollandiyada uzun müddət bu dahilərə bərabər istedad yox idi. Ona görə də 1935-ci ildə M. Eyve Alyoxinlə matçda qalib gələrkən hollandların keçirdiyi sevinci başa düşmək olardı. Düzdür, o vaxtlar dahi rus şahmatçısı yaxşı idman formasında deyildi. Lakin keçmiş dünya çempionu V.Smıslovun dediyi kimi, «etiraf etmək lazımdır ki, hansı formada olursa-olsun, Alyoxinə ancaq yüksək ustalığa malik olan şahmatçı qalib gələ bilərdi. Eyve haqlı olaraq şahmat tarixində beşinci dünya çempionu oldu».


Ardı →