Mariya Korazon Aquino

Mariya Korazon Aquino Time jurnalının üz qabığındaO, 1986-cı ildə Ferdinand Markosun avtoritar rejimini demokratik rejimlə əvəz edən Xalq Gücü İnqilabına başçılıq etməsi ilə yaddaşlarda iz buraxdı.
1986-cı ildə “Time” jurnalı onu “İlin Qadını” adlandırdı.
O, Filippinin ilk qadın prezidenti oldu.
“Time” jurnalı zorakılığa qarşı fədakarlığını nəzərə alaraq onu “Demokratiyanın Müqəddəsi” adlandırmışdı. 
Filippinlilərin çoxu onu demokratiya ikonası kimi qəbul edir.
“Time” jurnalı 1999-cu ildə onu XX yüzilliyin “20 ən nüfuzlu Asiyalı”sı siyahısına daxil etdi.
2002-ci ildə o, Asiyanın lider biznes məktəbi olan Asiya Menecment İnstitutu İdarə Heyətinə təyin olunmuş ilk qadın oldu. 
2006-cı ildə isə “Time” jurnalı onu “Asiyanın 65 qəhrəmanı” siyahısına daxil etdi. 
1994-cü ildə Kaliforniyada Qeyl Meyer Rolka tərəfindən çap olunan “Dünya tarixini formalaşdıran 100 qadın” kitabına onun da adı salındı.
Filippinlilərin “Tita Kori” (Kori Xala) adlandırdıqları bu qadın adını Filippin tarixinə qızıl hərflərlə yazmış Prezident Mariya Korazon Aquinodur. 
Mariya Korazon (Maria Corazon «Cory» Sumulong Cojuangco Aquino) 1933-cü ilin 25 yanvarında zəngin bir ailədə dünyaya göz açıb. Kori Aquino Xose Kojuanqo və Demetria Sumulonqun 6-cı övladı olan Korazonun həm ata, həm də ana tərəfi zəngin və ünlü ailələr idi. Kojuanqlar iri mülkədarlar, Sumulonqlar isə Filippin Konqresində (hər iki palatada) yüksək səlahiyyətə malik idilər. O da bacıları kimi, öncə Manilada Müqəddəs Sxolastika Kollecində, müharibədən öncə isə alman rahibələri tərəfindən idarə olunan katolik məktəbində təhsil almışdı. Öz bacı-qardaşlarından fərqli olaraq, Korazon çox sadə idi. Bacısı Terenin məktəbli formasını geyinməyi çox sevən balaca Korazonun sevimli fənni riyaziyyat idi.
Ardı →