Sevgi günahdır

Boşanma hansısa orqanın amputasiyasına bənzəyir. Yaşamağa davam etsəniz də nəsə əksik olacaq.

Sevgi günahdır, amma yoxluğu daha böyük günahdır.

İnsanlar xoşbəxt sonluqlara nəyə görə ağlayırsa, toylarda da o səbəblə ağlayırlar. Əslində bu, reallaşmayacağını bildikləri şeyə ümidsizcə inanmaq istədikləri üçündür.

Həyatımız zibillik kimidir. Ölünün arxasınca zibili yığışdırırsan və özün də öləndə nə torba doldurulacağını başa düşürsən.

Başqaları haqqında həddən çox şey bilmək insanı o insanların “hakimiyyəti” altına salır, sizin üstünüzdə haqqı olduğunu düşünürlər. Nəyi niyə etdiklərini başa düşməyə çətinlik çəkir və nəhayət, qarşılarında aciz görünürük.

Həqiqəti yazmağın yeganə yolu yazdıqlarınızın heç vaxt oxunmayacağını düşünməkdir.

Bizə elə gəlirdi ki, böyüklərdən qaçırıq, bir də gördük özümüz də böyümüşük.
Ardı →