Monqolustan mədəniyyəti

Monqolustan, əsasən dağlıq ölkə olub, ən böyük silsilələri -Monqol Altayı (4362 m), Qobi Altayı (3957 m), Xanqayı (3539 m) əhatə edir. Onun mərkəzi hissəsində Xentey yaylası yerləşir. Müasir Monqolustan ərazisi geoloji cəhətdən Ural-Monqolustan qırışıqlı geosinklinal qurşağının bir hissəsini təşkil edən Mərkəzi Asiya sisteminə daxildir.

Monqolustanın tarixinə nəzər saldıqda Aşağı Paleolit dövründən məskunlaşdığı məlum olur. Yuxarı Paleolit dövründə Monqolustanın qədim əhalisi arasında matriarxal-qəbilə quruluşu mövcud idi. Neolit dövründə əhalinin əsas məşğuliyyətinin ovçuluq və balıqçılıq olduğu sübut edilir. Neolitdən Eneolitə keçiddə isə, ölkənin cənub vəşimal rayonlarında əkinçiliyə keçid başlandı. Tunc dövrünün sonu – Dəmir dövrünün əvvəlində (e.ə. I minillik) monqol tayfaları köçəri maldarlığa keçərək patriarxal-qəbilə quruluşunu formalaşdırır. Tarixin axarında ölkənin ictimai-siyasi aləmində dəyişikliklər təzahür olunur: belə ki, e.ə. IV-III əsrlərdə xüsusi mülkiyyət yaranır, mübadilə başlanır, feodalizm münasibətləri formalaşır.


Ardı →