Masonların sirrini açan bəstəkarın sirli ölümü

Miloş Formanın 1984-cü ildə ekranlaşdırdığı “Amadey” britaniyalı dramaturq Piter Şefferin eyniadlı pyesi əsasında lentə alınıb. Şefferin pyesi Motsart və Antonio Salyerinin münasibətlərinin sərbəst yozumuna əsaslanır. Eyni zamanda müəllif Puşkinin “Motsart və Salyeri”, Nikolay Rimski-Korsakovun eyniadlı operasından təsirlənib.
Film Salyerinin (F.Myurrey Abraham) uğursuz intihar cəhdi ilə açılır və o, Motsartı (Tom Hals) öldürdüyünü deyir. Bundan sonra bəstəkar ruhi xəstəxanaya yerləşdirilir. Gənc rahib bəstəkarın yanına gedir və Salyeri ona öz həyat hekayəsini danışır...

Davamı →

Dahi masonun ölüm səbəbi

“Həmin naməlum adamın təsviri gözümün önündən getmir. Qara, uzun paltarı, parıltılı maskası məni vahiməyə salır. O, elə hey dayanmadan məni “rekviyem”i  bəstələməyə  məcbur edir. Artıq ölümün nəfəsini duyuram. Həyatım sona çatmamış bu əsəri bitirməliyəm. Bu, mənim ölüm marşımdır. Həyat və musiqi gözəl idi. Artıq bütün gözəlliklərlə vidalaşmağın zamanıdır”.

Motsartın dostuna yazdığı bu məktubu oxuyanda, insanda elə bir təəssürat yaranır ki, sanki, o, öləcəyini əvvəlcədən bilirmiş. Bu məktub onun masonlar tərəfindən öldürüldüyünə dair fikirlər səsləndirməyə bizə əsas verir. 


Motsartın həyatının  başqa, mühüm fraqmentləri:


Ardı →