“Süni zəka” insanlığın əb böyük və son naliyyəti ola bilər

 Süni zəkaMəşhur fizik Stefan Hovkinq ingiliz “İndependent” qəzeti üçün qələmə aldığı bir məqalədə süni zəkanı texnalogiyalarının nəzarətsiz inkişafı ilə bağlı xəbərdarlıq etdi. Nobel mükafatlı alim “Süni zəka araşdırmaları böyük sürətlə davam edir. Son dövrlərdə öz-özünü idarəedən avtomobillər, bilik yarışmalarını qazanan robotlar, Siri, Google Now və Cortana kimi rəqəmsal asistanatlar kəşf edildi. Bütün bunlar süni zəka texnalogiyası sahəsində önəmli araşdırma və investisiya müharibəsinin başladığına işarə edir” dedi.
 Bütün bu keşflərin gələcək faydalarının çox böyük olduğunu qəbul edən Hovkinq  “bu texnalogiyalar xəstəlikləri, müharibələri sonlandıra bilər. Süni zəka insan tarixinin ən böyük və önəmli naliyyəti ola bilər” dedi
Ardı →

Nanotexnologiya | Üçüncü elmi-texniki inqilab

Son illər inkişaf etmiş ölkələrdə dəqiq elmin səviyyəsi nanotədqiqatların həcmi ilə ölçülür. Yəni hansı ölkədə nanotexnologiya ilə bağlı tədqiqatlar varsa, deməli, o ölkədə elmi inkişaf gedir. «Nano» çox kiçik deməkdir. Bir nanometr metrin milyardda bir, millimetrin isə milyonda bir hissəsinə bərabərdir. Müqayisə üçün, demək olar ki, saç tükünün diametri 5000 nanometrdir. Nanotexnologiya 0,1-100 nanometr ölçülü hissəcikləri və bu quruluşlarda baş verən fiziki, kimyəvi və bioloji hadisələri öyrənir. Nanotexnologiyalar artıq cisimlərlə yox, onların tərkib hissələri olan atomlarla işləyir.
«Nanotexnologiya» terminini elmə ilk dəfə yapon fiziki Norio Taniquçi gətirib. Nanotexnologiya elmi anlayış kimi 1986-cı ildən işlədilir. Hazırda nanotexnologiyalara münasibətdə «yeni sənaye inqilabı» ifadəsi işlədilir. Nanotexnologiya yeni qeyri-adi xassələrə malik materiallar alınmasına imkan verir. Belə materiallardan elm və texnikanın müxtəlif sahələrində-biotexnologiyada, hərbi işlərdə, tibbdə, ətraf mühitin mühafizəsində və s. istifadə etmək mümkündür.
Davamı →