Qunnar Panke: “Nar” bazarda rəqabətədavamlılığını və mövqeyini daha da gücləndirəcək

«Azerfon»un («Nar» ticarət nişanı) baş icraçı direktoru Qunnar Pankenin Trend-ə 11.08.2018 tarixli müsahibəsi
— İlk növbədə, Azərbaycanın telekommunikasiya bazarı haqqında düşüncələrinizi öyrənmək istərdik. Hansı dəyişiklikləri qeyd edərdiniz və bu dəyişiklikləri hansı amillər şərtləndirib?
Azərbaycanın telekommunikasiya bazarındakı trendlər dünya üzrə müşahidə etdiklərimizlə demək olar ki eynidir. Burada telekommunikasiya bazarının inkişafının sürətləndirilməsinə dəstək olaraq müəyyən işlər görməyimiz məni çox fərəhləndirir.
Davamı →

“Nar” müştərilərin ehtiyaclarına cavab verən məhsullar təqdim etməkdədir

“Azerfon”un Baş icraçı direktoru Qunnar Pankenin “Business Time” jurnalına müsahibəsi
1.Cənab Panke, hazırda biz Azərbaycanın telekommunikasiya bazarında güclü rəqabətin olduğunu müşahidə edirik. Bazarda dörd mobil operator fəaliyyət göstərir və onların hər biri bazarda paylarını qoruyub saxlamağa, mümkün qədər artırmağa çalışır. “Nar”ın bu mənada strategiyası nədir?
-Son iki ildə “Nar” bu rəqabətdən açıq şəkildə kənarlaşaraq fərqli yanaşma tətbiq edib. Biz öz diqqətimizi yalnız müştərilərimizin ehtiyaclarına yönəltmişik. Bu strategiyaya uyğun fəaliyyət göstəririk və bunu gələcəkdə də davam etdirəcəyik. İcazə verin bu strategiyanın tərkib hissəsi barədə daha ətraflı məlumat verim.İşimiz telekommunikasiya ilə bağlı olduğundan müştərilərimizbizdən ən müasir texnologiya və şəbəkə xidmətlərini hansı şəkildə təqdim edəcəyimizigözləyir və bunu təmin etmək gücündə olduğumuzu bilir. Şəbəkəmizin keyfiyyəti çox yaxşıdır. Təklif etdiyimiz geniş əhatəli şəbəkə Qərb ölkələri səviyyəsindədir. Müştərilərimiz hazırda keyfiyyətli şəbəkədən faydalanırlar
Davamı →