Hər şey yaxşı olacaq

Nick Vujicic1983-cü ilin 4 dekabrı Avstaliyanın Brisben şəhərinin xəstəxanaların birində bir oğlan uşağı dünyaya gəlir. O doğulanda həkimlər təşvişə düşmüşdülər. Bu xəbəri valideyninə necə çatdıracaqlarını düşünürdülər. Doğuş stolunda olan ananın hələ ki, heç nədən xəbəri yox idi. Həkimlər atanı çağırıb hər şeyi dedilər və uşağı ona göstərdilər. Şoka düşən ata arvadına nə deyəcəyini düşünürdü. Onun yanına gəldi. Gözlərinə baxmağa cəsarət etmədən yalnız bir söz deməyə gücü çatdı: «Bizim oğlumuz çox gözəldir...»

Nik adını qoyduqları bu oğlanı gənc ana dörd ay qucağına ala bilmir, əmizdirməkdən imtina edir. Ancaq uşaq böyüdükcə həyata «dördəlli» sarılırdı. Hətta yeriməyə cəhd edirdi. Sadəcə bir balaca dayaq rolunu oynayan ayağı sayəsində. Sonralar o, bu ayağını əl kimi istifadə edir, hətta hovuzda belə üzə bilirdi. Nikin bu inkişafı ailəsinin onunla bağlı ümidsizliklərini tamamilə unutdururdu. Evdəki bir çox texnikalar, hamamda tuş, demək olar ki, hər şey Nikin onlardan rahat istifadə edəcəyi vəziyyətdə quraşdırılmışdı. O, yazmağı bacarır, kompüterdən istifadə edir, ağlı ilə hamını heyrətləndirirdi.

Ancaq məktəbdə hər şey o qədər də asan olmadı. Nik uşaqlarla dil tapmaq, onlara özünü qəbul etdirmək üçün çalışırdı. Təbii ki, bir gün ümidləri tükəndi. Və bu dünyada hamıya yük olduğu qərarına gəldi. Vannada çimərkən suyun altına girib, özünü boğmağa cəhd etdi. Amma son anda fikrindən daşındı. Axı atası, anası, bacısı, qardaşı onu çox sevirdilər. Onlara bu acını yaşatmağa dəyərmi?!
Məhz bundan sonra o, gələcəyi barədə düşünməyə başladı.
Ardı →