İslamla ilgili yeni düşüncələrdən

Müsəlman olan kəs nədən din azadlığının tərəfində dura bilər?
Fərabidə, Nəsirəddin Tusidə belə bir ideya var ki, gəlişmiş dinləri «gerçək-yalan», «üstün-aşağı» kateqoriyalarında bölmək yaxşı deyil və güman ki, Allah-tala onları özünə doğru müxtəlif yollar kimi qoyub. Daha sonra onlar artırırdılar ki, Tanrı hər xalqa bu xalqın ruhuna uyğun yolu vermişdir.
Boğazı daralmış çay daralmaqdan fışqırtı gücü qazanır. Bu, şiddətin gücüdür. Ancaq millət azman genişliyə yayılmış çay kimi də güclü ola bilər. Biz millət gücünü genişlik planında anlamaq istəyirik. Dini azadlıq və dini tolerantlıq millətin dini mədəniyyətdə genişliyidir. Bunun tərsi olan şiddətdir ki, İraqda, Pakistanda müsəlmanların bir-birini qırmasına gətirib çıxarır. Başqa dinlərə dözüm və sayğı, yəni din azadlığı belə şeylərə yol vermir və öyünməliyik ki, Azərbaycan tarixində belənçi dözüm və sayğı heç də az olmayıb.
Davamı →

Həndəsi fiqurlar, fır-fıralar və dünyanın sonu üzərinə düşüncə səpələntiləri

Dünyanın sonunu gözləyənlər sırasında durmasam da və hətta apokaliptik soraqlara azca qımışsam da indiyənəcən bu qonuda bir neçə müsahibə verməli olmuşam. Həvəssiz, ilhamsız bir neçə nəsnəni söylədim: Ortaçağda Katolik Avropasında xristianların İsusa inamının bir ayrılmaz yönü o idi ki, bu gün-sabah Qiyamət günü baş verəcək və Xristos möminləri xilas edəcək. Ancaq həmin dönəmdə hər il dünyanın sonunu gözləyən xristianlar, axırda, bezdilər və dində şübhə rüşeymləri cücərti verdi: əgər Qiyamət günü gəlmirsə, bəlkə dinimiz yanlışdır? Bax, belənçi quşquları yaxın buraxmamaq üçün də Ortaçağ Xristianlığından Məhşər gününun bəkləntisi, haçağ gəlməsi yığışdırıldı.
Davamı →

Tolerantlıq dərslərinə giriş

Gücümüz çatmadığımız hallar

Birdən düşündüm ki, sənət ki insanlar arasında harmoniya («qarmon» da bu sözdəndir), yəni uyarlıq yaratmaq iddiasındadır, insanlar arasında ən çox bölücülük salan nəsnələrdəndir. Yaşlı nəsil rəp «dır-dırına» dözə bilmir, gənc nəsil muğam «sızıltısına». Yaşlı nəsil Bakı göydələnlərindən deyinir, gənc nəsil bilmir, «bunnar” niyə deyinir?”
Eyni düşüncəni, yanılmıramsa, dinlə bağlı Kirkoqordan oxumuşdum. Dindar olan bu filosof mat qalırdı ki, dinlər insanları birləşməyə çağırır, ancaq işdə dürlü dinlər, təriqətlər törətməklə «kim düzdür, kim yaxşıdır» üstündə didişmə salır. Bu, nə sənətə, nə dinə yaraşan biabırçı durumun aradan getməsi üçün, artıq, adamları bezdirmiş tolerantlıq (dözümlülük) və «plyuralizm» (çoxculluq) sözləri, ideyaları var, ancaq di gəl ki:
Davamı →