Fərəh Pəhləvi

Şahbanu Fərəh Pəhləvi sonuncu İran şahı Məhəmməd Rza Pəhləvinin üç xanımı arasında şahbanu titulunu alan yeganə xanım olub. Əslən azərbaycanlı olan Fərəh Pəhləvi 1938-ci il oktyabrın 14-də Təbriz şəhərində anadan olub. Şahın üç xanımı arasında yalnız onun üçün tacqoyma mərasimi keçirilib.
Qızlıq familiyası Fara Diba olan Fərəh Pəhləvi zabit ailəsində dünyaya göz açıb. Ailəsi çox varlı olsa da, atasının vəfatı ailəni Tehrandakı villalarını satıb qohumlarıgilə köçməyə məcbur edir. Fərəh təhsilini Tehran və Parisdə alır. Məktəb illərində o, idmanla məşğul olur, hətta basketbol komandasının kapitanı seçilir. Liseyi bitirəndən sonra Fərəh arxitektura ilə məşğul olur və Parisdə bu ixtisas üzrə təhsil alır. 1959-cu ildə Parisdə İran səfirliyində qonaqların qəbulu zamanı Fərəh şaha Fransada təhsil alan tələbə kimi təqdim olunur.
Ardı →