Rembrandt Harmens van Reyn

Rembrandt Harmens van ReynBöyük holland rəssamı Rembrandt Leyden şəhərində dəyirmançı ailəsində dünyaya gəlib. O, rəssam kimi ilk addımlarını doğma şəhərində atıb. Buna görə də Rembrandt yaradıcılığının erkən dövrünü Leyden dövrü adlandırırlar. O, üç il ərzində yerli rəssam Yakob van Svanenburqun, daha sonra Amsterdamda tarixi mövzularda əsərlər yaradan Piter Lastmanın yanında şagirdlik edib.

Rembrandt 1625-ci ildə Leydendə öz emalatxanasını açır. Burada şagirdlərinə rəngkarlığın sirlərini öyrədir və «Müqəddəs Sebastyanın əzabları» adlı ilk əsərini yaradır. 

1632-ci ildə Amsterdama köçür və tezliklə böyük şöhrət qazanır. Bu da doktor Tulpun bir qədər müdhiş mövzuda sifarişi sayəsində baş verir. Həkimin sifarişinə görə, rəssam onu şagirdləri ilə birlikdə təsvir etməli idi. Rembrandt sifarişə yaradıcı yanaşır. O, üzü tamaşaçıya doğru sıra ilə dayanmış adamları çəkmək ideyasından imtina edir. 
Davamı →