Fibroadenom

Fibroadenomalar, döşün ən tez-tez rastlanan xoş xassəli şişlərdəndir. Ümumi olaraq 20-40 arası yaşlarda görülür, ancaq bəzən daha böyük yaşlarda da çıxabilir. Bütün cəmiyyətdə 10% rastlanır.


Müayinə zamanı asanca əllə hiss edilir, çünki ətrafdakı toxumalardan kənarları diqqətə çarpacaq dərəcədə ayrılmış, yumrudur və yaxud lobyaya bənzəyir. Bəzən birdən çox lobullu (yumru) da ola bilər. Müayinə zamanı səthinin düz olması, ətrafdakı toxumaların yapışıq olmaması və əlin altından asanlıqla sürüşə bilən hərəkətli quruluşu ilə asan hiss edilir.


Ardı →

Döş ağrısı üçün tədbirlər və müalicələr:

Döş ağrısı çəkən xəstələrin çoxu bunun səbəblərini öyrəndikdən sonra və özündə heç bir problem olmadığını anlayanda rahatlayır. Sadəcə xəstələrin 3%-nin ağrı şikayətləri tibbi müalicə tələb edir.


Bəzi tədbirlər ilə xəstələrin döş ağrılarını daha asan keçirmələri mümkündür: Xüsusilə bərk byustqalter istifadə etmək, ağrılı vaxtlarda, gecələr də çıxarmamaq xəstələrin böyük hissəsini rahatlaşdırır. Aybaşıdan əvvəlki dövrdə döşlərdə ödem olduğuna görə xüsusilə bu dövrdə su ve duz qəbulunu azaltmaq, hətta lazım gəlsə, sidikqovucu dərmanlardan istifadə etmək faydalıdır.


Döş ağrısı olan xəstələrin siqaret istifadə etməmələri, qəhvəni kəsmələri və ya azaltmaları da ağrıları azaldacaq. Elmi tədqiqatlarda, pəhrizdəki yağ səviyyəsinin azaldılmasının da ağrını uzun müddətlik azaltdığı göstərilmişdir.


Ardı →