SİM kartların sonu gəldi

simkart
«Apple SİM»
-in yaxın zamanlarda SİM kart istifadəsinin sonunu gətirəcəyi düşünülür.

Apple keçən həftə təqdim etdiyi tablet modellərində daha əvvəl başqa cihazlarda istifadə etmədiyi bir texnologiyanı tətbiq etməyə başlayıb. «Apple SİM» adı verilən bu yeni proqram vasitəsi ilə istifadəçilər artıq GSM operatorlarından SİM kart almaq məcburiyyətində qalmayacaqlar. Yeni İPad modellərində tətbiq edilən Apple SİM istifadəçilərə istədikləri vaxt, arzuladıqları GSM opreatoruna SİM kart dəyişmədən keçmək imkanı verir.

Apple-ın bu yeni proqramının istifadəyə verilməsi nəticəsində qısa bir zaman ərzində bu günə kimi istifadə etdiyimiz SİM kart dövrünün sona çatacağı iddia edilir.

«Apple SİM» ilə müqavilə bağlayan GSM operatorlarının sayı hal-hazırda olduqca azdır. Çox güman ki, bu proqram yeniliklərə daim açıq olan ölkəmizdə də tezliklə olunacaq. Lakin ABŞ-da sadəcə «T-Mobile», «AT&T» və «Sprint» şirkətləri ilə razılığa gələ bilən «Apple SİM»-in Azərbaycanda nə zaman və hansı GSM operatoru ilə müqavilə bağlayacağını isə gələcək zaman göstərəcək.

 


Ardı →