Salma Hayeklə müsahibə

Xoşbəxt olmağı, yoxsa kiminsə xoşuna gəlməyi arzulayırsan?..
Nikah yoxdursa, deməli, dəyərin yoxdur.
Bəzən tərbiyə şüuru üstələyir...

Meksikalı və amerikalı aktrisa Salma Hayeklə müsahibə: 
– Siz qətiyyətli addımlara qadirsiniz. Hollivudda gələcəyi naməlum olan uğurunuza görə, Meksikadakı teleulduz karyeranıza son qoydunuz, prodüser fəaliyyətiniz naminə rollardan imtina etdiniz, nəhayət, 41 yaşınızda ana oldunuz… On ildən sonra həyatınızı necə təsəvvür edirsiniz?
– Bu haqda qətiyyən düşünmürəm. Gələcək mənim üçün sirdir və belə də qalmalıdır. Həyatda mümkün və qeyri-mümkün hər şey baş verə bilər. Həyata belə yanaşıram.

– Axı gələcəyin təbii əlamətləri var. Məsələn, yaş…
– Yaş imkanlarımın qarşısını alacaq? Əlbəttə, amma digər imkanlar açacaq. Yaşlanmaqdan qorxmuram, cavanlıq uğrunda mübarizə də aparmıram, solan dərimin dərdini çəkmirəm. Mənim üçün fərqi yoxdur, 25, yoxsa 45 yaş. İndiki zamanla yaşayıram, arıqlamağa da səy göstərmirəm. Mənə elə gəlir ki, xarici görünüşə hədsiz qayğı qadınların ən böyük faciəsidir. Hamiləlikdən xoşum gəlirdi, həyatda ən vacib olan şeyi gözləməkdən həzz alırdım. Fəxr etməliyik ki, tanrı bizə ana olmaq imkanını yaradıb. Hamiləlik zamanı bədənimizin formasının dəyişdiyinə və ideal görünmədiyimizə görə utanmamalıyıq.
Davamı →