Sandro Bottiçelli

Sandro Botticelliİntibah dövrünün nümayəndəsi olan bu florensiyalı rəssamın əsl adı Alessandro Filipepidir. O, varlı dabbağın ailəsində anadan olub və öz dövrü üçün yaxşı təhsil alıb. Hələ uşaq ikən rəssamlığa meyil edib. On beş yaşında tanınmış florensiyalı heykəltəraş Andrey Verokkionun emalatxanasında işləməyə başlayıb, 1470-ci ildə isə öz emalatxanasını açıb. 

Həmin dövrdə incəsənət vurğunu olan Lorenso Mediçi Florensiyada hakimiyyətə gəlir. Bottiçelli onun sevimli rəssamı olur. Bottiçellinin məşhur əsərlərinin çoxu Mediçinin sifarişi ilə çəkilib. Məsələn, «Münəccimlərin itaəti» (1477) əsərində körpə İsa Peyğəmbərə hədiyyələr gətirən Bibliya personajlarının obrazında bütün Mediçilər ailəsi təsvir olunub. Bottiçelli saray rəssamı olduğu üçün siyasi xarakterli sifarişlərdən yaxasını qurtara bilməyib. O, Barjello sarayının divarında Lorenso Mediçi əleyhinə sui-qəsdin dar ağacından asılmış iştirakçılarını təsvir edib. Bu sui-qəsd nəticəsində L.Mediçinin qardaşı Culiano Mediçi həlak olmuşdu. 
Davamı →