Azərbaycan Ordusu Qarabağ cəbhəsində

  • Hərb
İmperiyalar şüarlarla deyil, ordularla qurulur. Dünya tarixinə üç böyük imperiya bəxş etmiş Azərbaycan türkləri bu işi güclü orduların, hərb sənətinin dahiləri olan görkəmli sərkərdələrin sayəsində bacarmışdılar. Ancaq Rusiya işğalından sonra müsəlman-türk əhalinin yüz il boyunca hərbi xidmətə götürülməməsi, təbii ki, xalqın döyüş vərdişlərinin yetərincə zəifləməsinə səbəb olmuşdu. Bu siyasətin ən mənfi cəhətlərindən biri xalqın nəinki öz milli hərbi qüvvələrindən, həm də milli zabitlərindən məhrum olması idi.

Davamı →

Rusiya imperiyasından SSRİ-yə

Birinci Dünya müharibəsində rus ordularının məğlubiyyətləri, ağır böhran vəziyyətinə düşmüş ölkə iqtisadiyyatının ordunu və əhalini təmin edə bilməməsi Rusiyada daxili siyasi və sosial-iqtisadi ziddiyyətləri kəskinləşdirdi. Müharibənin və hökumətin əleyhinə çıxışlar gücləndi. 1917-ci ilin fevralında Petroqradda baş verən inqilabi çıxışlar qələbə ilə nəticələndi. Rusiyada Fevral inqilabı nəticəsində monarxiya devrildi. Martın 2-də təşkil olunmuş Müvəqqəti hökumət ölkənin gələcək idarəçilik formasının müəyyən edilməsi üçün Müəssislər Məclisinin çağırılması haqqında qərar qəbul etdi. Mühacirətdən qayıdan bolşeviklərin lideri V.İ.Lenin hakimiyyətin dərhal ələ keçirilməsi üçün xalqı üsyana çağırdı. Buna görə hökumət bolşevikləri Almaniyanın xeyrinə fəaliyyət göstərməklə dövlətə xəyanətdə ittiham edərək bir sıra rəhbərlərini həbs etdi.


Davamı →