Steve Jobsdan 10 məsləhət

1. 12 saat yox, başla işləmək lazımdır.

2. Özünə və digər insanlara qarşı dürüst ol, hər şeyi zamanında et, heç vaxt təslim olma, öz məqsədinə doğru get, hətta heç nə yolunda olmasa belə.

3. Uğurlu sahibkarları bəxtu gətirməyənlərdən fərqləndirən cəhətin yarısı – inadkarlıqdır.

4. Mən bir əməkdaşı işdən qova və daha sonradan zəng edərək işlə bağlı bəzi şeyləri, bəzi layihələri müzakirə edə və yaxud onu yenidən işə götürə bilərəm. Keçmiş məni maraqlandırmır, vacib olan indidir.
Davamı →

Steve Jobs-un bəşəriyyətə “son sözü”

Apple şirkətinin yaradıcısı olan Steve Jobs həyatı və bütün fəaliyyəti boyu öz uğurları və bir sıra sitatları ilə digər insanları motivasiya etməyi bacarmış, onlara özünəinam hissini aşılamışdır.

Steve Jobs xərçəng xəstəliyindən əziyyət çəkməsinə baxmayaraq həyata müsbət baxışını qoruyub saxlaya bilmişdi və onun dünyasını dəyişmədən bir müddət öncə səsləndirdiyi ifadələr hazırda bir çoxlarına həyatda ikinci bir şans qazaandırır:

“Biznesdə uğurun zirvəsinə yüksəldim. Həyatım digərlərinin gözündə uğurun simvolu idi. Lakin işdən əlavə mənim həyatımda sevincin sayı çox az idi. Zənginliyimə gəldikdə isə bu mənim vərdiş etdiyim bir şey idi.

Hazırda, xəstəxanada çarpayıda uzanaraq bütün həyatımı xatırlayıram. Başa düşürəm ki, həyatım boyu qürur duyduğum bütün tərif və zənginlik indi olduğum qaçılmaz ölüm ayağında çox cılız görünür.
Davamı →

"Apple” yaradıcısı Stiv Jobs

Anadan olduğu tarix: 24 fevral 1955 (yaş 56) ABŞ-ın Kaliforniya ştatının San-Fransisko şəhəri, 
Məşğuliyyət: “Apple” şirkətinin yaradıcısı, “Uolt Disney” şirkətinin İdarə heyətinin üzvü 
Xüsusi kapital: 5.5 milyard (2010)
Din: Buddizim  

Şəxsi həyat: Laurene Pauellə evlidir, 4 övladı var.

Stiven Pol – biz isə onu Stiv Cobs kimi tanıyırıq. 24 fevral 1955-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub. Amerikanın ən işgüzar maqnatıdır. Eyni zamanda məşhur “Apple” şirkətinin həmtəsisçisidir. Bu günə qədər o həm də “Apple”-ın baş icraçı direktoru idi. Onun icraçı direktor vəzifəsindən istefası İT sənayesində şok-effekti yaratdı desək, yanılmarıq. Dünya mətbuatı “Əfsanəvi rəhbər getdi” başlığı ilə onun gedişini şərh etməyə çalışdı. Əslində isə onun gedişi nə qədər təəccüblü idisə, bir o qədər də gözlənilən idi. Yazının davamında buna aydınlıq gətirməyə çalışacağıq. İndi isə gəlin İT sənayesinin nüfuzlu simasının ömür yoluna və fəaliyyətinə nəzər salmağa davam edək. İnformasiya texnologiyaları sektorunda çalışan hər kəs bilir ki, Stiv biznesdə çox uğurludur və o, «Silikon vadisi» sahibkarının əsas obrazlarından biridir. Stiv Cobs 1976-cı ildə dostu Stiven Voznyakla birlikdə “Apple” şirkətini yaradaraq adını qətiyyətlə tarixə yazmağa müvəffəq oldu. 1985-ci ildə şirkəti tərk edən Cobs şəxsi “NeXT Computer” şirkətini qurur. Lakin 1996-cı ildə yenidən “Apple”-ın “başı”na keçən Cobs səmərəli fəaliyyəti nəticəsində kompyuter bazarında şirkətin xüsusi payını əhəmiyyətli dərəcədə artırır.


Ardı →

Stiv Cobs

«Hətta cənnətə düşmək istəyən insanlar belə, bundan ötrü ölmək istəmirlər».

«Təxminən bir il əvvəl, diaqnozlar mənim xərçəng xəstəsi olduğumu üzə çıxardı. Saat 7:30-da mən skan olunmuş şəkilləri aldım və o, aydın şəkildə mədəaltı vəzdə şiş olduğunu göstərirdi. Mən hətta mədəaltı vəzinin nə olduğunu bilmirdim. Həkimlər mənə dedi ki, bu, demək olar ki, xərçəngin sağalmaz bir növüdür. Mənim ömrümə üç-altı ay arası vaxt qalıb. Həkimim mənə məsləhət gördü ki, evə gedib işlərimi qaydaya salım, bu isə həkimlərin dili ilə desək, ölümə hazırlaşmaq anlamına gəlir. Bu o deməkdir ki, sən qarşıdakı 10 il ərzində öz övladlarına demək və vermək istədiyini yaxın iki-üç ay ərzində deməli və etməlisən. Bu o deməkdir ki, ailənin bu hadisəni mümkün qədər asan qəbul edə bilməsi üçün, hər şeyin yolunda getməsinə əmin olmalısan. Bu o deməkdir ki, vidalaşmalısan.


Ardı →

Stiv Cobs haqqında 5 maraqlı fakt

1. Stiv Cobs 1955-ci ilin 24 fevralında suriyalı aspirant Əbdulfəttah Candali və amerikalı Coan Şiblenin ailəsində dünyaya gəlib. Bundan sonra cütlük oğlan uşağını digər ailəyə övladlığa verib. Həmin vaxt ABŞ-da nikahdan kənar dünyaya gəlmiş uşaq valideynlər üçün rüsvayçılıq sayıldığından gənclər uşaqlarını başqqa ailəyə vermək məcburiyyətində qalıblar.
Kiçik Stiv Cobsu Pol və Klara Cobslar övladlığa götürüblər. Fermer ailəsində böyüyən Stiv əvvəlcə banka kredit borcunu vaxtında ödəməyən avtomobilləri sahiblərindən müsadirə etməklə məşğul imiş. Bir qədər böyüdükdən sonra Stiv bioloji valideynlərini axtararaq tapır. Məlum olur ki, cütlük Stivin övladlığa verilməsindən sonra ailə həyatı qurub. Stivin atası Əbdülfəttah isə politologiya üzrə professor elmi dərcəsinədək yüksəlib. Anası Cuan isə loqoped kimi fəaliyyət göstərir. Nikahdan artıq onların Mona adlı qız övladı da dünyaya gəlib. Yeri gəlmişkən Mona sonralar ABŞ-ın ən populyar yazıçılarından biri olub. Stiv 27 yaşında bacısı Mona ilə tanış olaraq onunla həyatının sonuna kimi dostluq edib. Stiv Cobs bir neçə dəfə anası ilə görüşsə də ömrünün axırına kimi atasını görməyib.
Ardı →

Steve Cobsun deyimləri

Müştərinizə nə istədiyini soruşub ona görə məhsul çıxara bilməzsiniz, çünki siz onların istədiyini edərkən onlar başqa bir şey istəyəcək. (Steve Jobs)

Həyatımızla əlaqədar seçimlər bizə aiddir, buna görə ən yaxşısı olmaq üçün çalışmalıyıq. (Steve Jobs)


Qəbiristanlıqdakı ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli, gecə yatağıma uzananda «Bu gün mükəmməl iş gördüm»-deyə bilməkdir. (Steve Jobs)
Ardı →