“Qafqazın qənimi” General Yermolov. Ermollanın uşaqları

Yermolovlar nəslindən hərb adları, alimlər, yüksək sənət adamları (xüsusən məşhur rus aktrisası Yermolova Mariya /1853-1928/ çıxmışdır) lakin bu nəslin Rusiyaya bəxş etdiyi, bu dövləti, habelə nəslin özünü də şöhrətləndirən böyük şəxsiyyətlər sırasında rus generalı Yermolov Aleksandr Petroviç (24 may 1774 — 11 aprel 1861) şübhəsiz ki, oxucuların diqqətini daha çox çəkməkdədir.
Məşhur Rus sərkərdəsi güclü dövlət adamı olan Yermolov böyük hərb səhnələrində öz imzasını qoymuşdu; rusların Qafqazın istilası tarixində onun böyük bir sima olduğu məlumdur. İmperiyanın apardığı 1790-cı 1820-ci illər arası üç böyük müharibələrdə iştirak etmişdi. “Qafqaz müharibəsinin qəhrəmanı” kimi yüksək şöhrət qazanmışdı (Bunu “Qafqazın qənimi, milli-azadlıq hərəkatının düşməni”kimi qəbul etmək lazım gəlir); Əlahiddə Qafqaz korpusunun komandanı (1817-1827) idi.
Ardı →

Dostoyevski (1821-1881)

Dostoyevski (Достоевский)Dostoevski(Достоевский, Фёдор Михайлович) ədəbi mühitə qədəm qoyanda Krılov, Puşkin, Lermontov kimi «bahadırlar» yenicə əbədən susmuşdular. Bununla da rus ədəbiyyatında lal bir boşluq açılmışdı.
Belə bir zamanda hərbi qulluqdan istefaya çıxan Fyodor Mixayloviç Dostoevskinin «Yazıq adamlar» əsəri rus oxucularının qulağına yazıqların, binəsiblərin ah-nalələrini çatdırdı və bu qulağı ağlaşma səsləri ilə doldurdu; bu acıma və mərhəmət xristian mühitində dərhal əks-səda verdi. Elə bu ilk əsəri də Dostoevskinin bütün gələcək yaradıcılığının epiqrafı ola bildi. Bütün yaradıcılığı boyu belə dərdli və yazıq adamlar onun ədəbi qəhrəmanları oldu. Onların fəlakətli həyatı — həbsxanaya bənzər güzəranı və bu hıçqırıqlar, bu fəryadlar qəlbdən kənar keçilə bilməzdi.
Onda uşaqlıqdan ürəkkeçmə xəstəliyi vardı. Yüksək emosiyalar onu özündən çıxarırdı. Bu ən çoxu acımadan, rəhmdillikdən doğulduğu kimi, gözəlliklər qarşısında ağır heyrət nəticəsində də baş verə bilərdi. Fövqəladə gözəl qadın qarşısında, çoxlarının gözləri önündə bir ziyafətdə o qəşş edərək özündən getmişdi (9, s.386).
Davamı →