Zahid Qədimli ilə müsahibə

“Azərbaycanda təhsilin vəziyyəti pisdir”, “Misir  təhsilimizin düşmənidir” və s. deyənlər nə qədər çox olsa da, o da həqiqətdir ki, istedadı olanlar özlərinə onsuz da yol açır.

Bacarıqlı və təhsili sayəsində uğur qazanmış gənclər arasında saytımzın aktiv istifadəçisi, ACCA-in F5 (Perfomance Management) istiqaməti üzrə 2012-ci ilin dekabr sessiyasında 76 bal yığmış Zahid Qədimlinin də adı var. Dünyada 21-ci, Azərbaycanda isə 1-ci yeri tutmuş Zahid bizim bəzi suallarımzı cavablandırır.

Qısa arayış: Qədimli Zahid Qəhrəman oğlu 1991-ci ildə doğulub, 2009-cu ildə Qafqaz Özəl Gimnaziyasını fərqlənmə attestatı ilə bitirib. Azərbaycan Dövlət Neft Akademiyasının BBA proqramında (Georgia State University-nin birgə layihəsi əsasında trəhsil verilir) menecment ixtisası üzrə təhsil alır. 2012-ci ilin iyul ayından başlayaraq GRBS-də mühasib kimi çalışır. İngilis və türk dillərini yaxşı bilir, tez əsəbiləşir)) Hobbiləri kitab oxumaq,  musiqiyə qulaq asmaq, İT sahəsində baş verən yeniliklər bardə məlumatlar toplamaq, Facebookda vaxt öldürmək və s.


Ardı →

London Metropolitan Azerbaijan society

    Uzun müddət üzərinda çalışdığimiz London Metropolitan Azerbaijan Society (LMAS) artıq fəaliyyətə başladı.Bu cəmiyyət London Metropolitan University çərçivəsində yaradılmış və 03.03.2010 ildən rəsmi fəaliyyətə başlamışdır.

Cəmiyyətin yaradılmasında əsas məqsəd Azərbaycanin mədəniyyətini, incəsənətini və reallıqlarini bütün dünyaya çatdirmaqdi.Sadəcə bunu demək kifayətdir ki, hal hazırda London Met universitetinda 36 000 tələbə təhsil alir və 110 çox ölkədən tələbələr var və bu da cəmiyyətin yaradılmasına təkan verdi.

Cəmiyyətin yaradılmasında digər məqsəd xaricdə təhsil alan azərbaycanlı tələbələrə dəstək olmaq və onlarin problemlərini mumkun qədər həll etmək və onlara dəstək göstərməkdir.Londonla yanaşı Böyük Britanyanın digər şəhərlərində təhsil alan azərbaycanli tələbələri də bu cəmiyyət vasitəsi ilə bir araya gətirmək və təhsildə müvəffəqiyyətlər əldə etməkdir.

Cəmiyyətin prezidenti olaraq bu layihənin inkişafında və uğur qazanmasinda var gücümlə çalışacam və əlbətdə ki cəmiyyətin digər üzvləri də öz fəaliyyətlərini əsirgəməyəcəklər.

Və bizlərin xaricdə təhsil almasına vasitəçi olan dövlətimizə yaratdıqları bu fürsətə görə təşəkkür edir və əməyi keçən hər kəsə öz dərin minnətdarliğimı bildirirəm.

Cavid Qədimov


Davamı →