Tale rəqəmi

Təzə doğulmuş uşağınızın hansı xarakter sahibi olacağını bilmək maraqlı deyilmi? Bir sıra mütəxəssislər bunun üçün çoxdandır baş sındırırlar. Belə iddia edənlər var ki, onların hazırladığı tale rəqəmlərinin köməkliyi ilə beşikdəki körpənin də kimliyini bilmək olar. Bunun üçün uşağın doğulduğu il, ay və günün rəqəmlərini üst-üstə gəlmək lazımdır.
Məsələn, tutaq ki, uşaq 9 iyun 1984-cı ildə anadan olub. İndi həmin rəqəmləri toplayaq: 9+6 (iyun) +1+9+8+4=37
Bundan sonra alınan ədədin rəqəmlərini toplayırıq: 3+7=10
Alınan bu ədədin də rəqəmlərini toplayırıq 1+0=1

Beləliklə, uşağın tale rəqəmi 1-dir.

Və ya əgər uşaq 1 may 1978-ci ildə anadan olubsa, onun tale rəqəmi belə tapılır: 1+5 (may) +1+9+7+8= 31
Alınan ədədin tərəflərini toplayaq: 3+1=4. Demək, uşağın tale rəqəmi 4-dür. Beləliklə, bütün insanlar doqquz qrupa bölünür.


Ardı →