3. Nisbi üstünlük və ticarət

Nisbi üstünlük və ticarət (COMPARATIVE ADVANTAGE AND TRADE)
Alternativ  xərclərdə və nisbi üstünlüklərdə fərqlər ticarətin gətirdiyi gəlirləri müəyyən edir. Hər bir fərd nisbi üstünlüyü olan istehsalda ixtisas­laşanda buraxılışın ümumi həcmi yüksəlir, iqtisadi «piroqun» həcminin yüksəl­məsi cəmiyyətin bütün üzvlərinin həyat səviyyəsini yüksəltməyə imkan verir. Başqa sözlə, iki insanın əldən verilmiş imkanlarının xərcləri fərqli olduqda, malların mübadiləsi hər ikisinə sərfəlidir, çünki hər biri malı onun bu məhsula dair alternativ xərclərindən aşağı qiymətə əldə edir.
Təklif olunan sövdələşməni fermerin nəzər-nöqtəsindən seyr edək. Fermer  1 kq kartof əvəzinə 3 kq ət əldə edir. Digər sözlərlə, o, ətin hər bir kiloqramını 1/3 kq ətin qiymətinə əldə edir. Beləliklə, sövdələşmə, fermerə sərfəlidir, çünki o, əti yaxşı qiymətə alır.


Ardı →