Torriçelli Evancelista

Evancelista Torriçelli İtalyan fiziki və riyaziyyatçısı olub, Faentsedə anadan olmuşdur. Uşaq ikən atadan məhrum qalan Torriçelli əmisinin himayəsində qalmış və onun təklifi ilə dini-yezuit məktəbində oxumuşdur. Məktəbi bitirdikdən sonra o, riyazi təhsilini davam etdirmək üçün 1626-cı ildə Romaya gəlir, Qalileyin tələbəsi və dostu B.Kastelli (1577-1644) ilə tanış olur. Kastelli öz dövrünün qabaqcıl alimi olmuş və tələbəsi Torriçellini də elmi ideyalarla, xüsusən Qalileyin əsərləri ilə tanış etmişdir.
Qalileyin «iki elm haqqında müsahibə» əsərini Torriçellinin oxuması onun yaradıcılığına böyük təsir etmişdir. Bu əsərin təsiri altında o, «Təbii təcilli hərəkət haqqında»  adlı əsərini yazmış və Kastelliyə göstərmişdir. Kastelli Romadan Venesiyaya gələrək bu əsəri Qalileyə göstərir. Həmin əsər Qalileyin xoşuna gəldiyindən Torriçellini yanına dəvət edir və 1641-cı ildən Torriçelli Qalileyin yanında işləyir.


Ardı →