DEPO

Vüsal Nuru

Depo

 

Avtobus qapılarını  açan kimi adamlar içəridən daşıb çölə töküldü. Tələsik düşənlərdən birinin ayağı büdrədi və ağzı üstə yerə yapışdı. Əl atıb durğuzdular, o da pərtliyini gizlədərək metroya tərəf getdi. Yuxulu görünürdü. O, Avtobusdan yox,  fırlancaqdan düşən adam kimi idi.

Kişinin 35-40 yaşları olardı. Başına qara kepka qoymuşdu. Əyninə də qəhvəyi rəngli qısa gödəkcə və mavi rəngli cins şalvar geyinmişdi. Əllərini gödəkcənin cibinə qoyub, cibiylə bərabər qarnını qucaqlamışdı. Hiss olunurdu ki, səhərin ayazı onu üşüdür. O, çiyinlərini qulağının dibinə qədər qaldırıb, əsnəyə-əsnəyə özünü metronun şüşəli qapılarına çatdırmağa çalışırdı.

Yol boyu əsnəyirdi. Ağzını ayğır kimi  acıb, gözlərini yumurdu. Özü də alt çənəsini sağ tərəfə əyərək əsnəyirdi.  Üzü arıq olduğundan əsnəyəndə sifəti eybəcərləşirdi. Bu çox gülməli görünürdü.  Nazik, bir az da donqar olan burnunun  üstü qırışırdı. Qaşlarının biri alnına qədər qalxanda, o biri bərk-bərk yumulmuş gözünün üstünə əyilirdi. Ağzını yuman kimi tənbəl-tənbəl əlini cibindən çıxardıb yumruğuyla sulanmış gözlərini silirdi. 


Ardı →

999, roman

 

999 romanı səni göstərəcək güzgü deyil, sənə səni tanıdacaq, sənin astarını, üzünə çevirəcək romandı.  

Roman Azərbaycan qadınları haqqındadır. 

bir qrup qadın onları əzən, hüququnu taptalayan cəmiyyətlə, onu əskildən, fahişələşdirən kişilərlə mübarizə aparmaq üçün öz təşkilatlarını yaradırlar, Bu təşkilət vampir qadınlardan ibarətdir. Onlar məqsədlərinə çatmaq üçün onları əzən cəmiyyətin qanını içməlidirər.

romanda qara maqiya, rituallar, qadınlar üçün müqəddəs sayılan tanrıça Liliz, mistika, qorxu, gərilim sizin psixologiyanıza təsir edəcə, sonda siz də cəmiyyətdəki yerinizi görəcəksizin, ya əzilənlərə, ya da hazırda ölkəmizdə gizlin təşkilat olaraq fəaliyyət göstərən  «Xana»  vampir qrupuna qoşulacaqsınız.

 

 

kitabı «Ali və Nino» və «Yer altından kitablar» kitab mağazasından əldə edə bilərsiniz

 


Davamı →

Allahın edamı

VÜSAL NURU

 

Azmışdım. Qucağımda da körpə. Heç cür yadıma sala bilmirdim ki, hansı şəhərdəyəm, ortasında durub döyükdüyüm küçənin adı nədir. Necə oldusa birdən xəbər tutdum ki, ərim yanımda yoxdur. O an elə bil başımdan bir qazan qaynar su töküldü, sonra da canımı üşütmə aldı. Körpəm qucağımda olmasaydı bəlkə də bu yiyəsiz, bu ins-cins gözə dəyməyən küçələrdəki donmuş həyat, işıqları bərq vuran hündür-hündür binaların, dükanların əzəməti, bir də getdikcə qaralan cansıxıcı hava məni bu dərəcədə qorxutmazdı. Dərd orasında idi ki, bura necə gəldiyimizi də xatırlamırdım.

Ərimi nə qədər çağırsam da, havalanmış kimi o başa, bu başa qaçıb axtarsam da tapmadım. Odur ki, gəlib onu itirdiyim yerdə — binanın tinində durdum. Uşağı bağrıma basmışdım və ana-bala ağlaşırdıq. Bu tərk edilmiş şəhərdə nə qədər çarəsiz, köməksiz, yalqız olduğumu anbaan görürdüm.


Ardı →