Böyüklərin uşaqlara münasibətini dəyişən adam - Yanuş Korçak

Dahilər var ki, ölümlərilə bəşəriyyətə insanlıq dərsi keçirlər. 20-ci əsrin sonu 21-ci əsrin əvvəllərində təhsildə humanizm təlimi, əslində onun gərgin əməyinin və beyninin məhsuludur. Bu gün geniş şəkildə tətbiq olunan təhsildə humanist münasibətin banilərindən olan Yanuş Korçak minlərlə Yəhudi insanı kimi ölüm düşərgəsində məhv edildi.

Yanuş Korçak böyüklərin uşaqlara qarşı münasibətlərini dəyişən ilk pedaqoqlardan idi. Onun əsas işi uşaqların da böyüklər qədər hörmətə layiq olduqlarını vurğulamaq idi. Hər uşağın özünəməxsus yolu, istedadı və tərzi olduğunu bildirirdi. 
Davamı →

Uşaqlar naminə həyat | Yanuş Korçak

Görkəmli polşalı pedaqoq, yazıçı, həkim və ictimai xadim Yanuş Korçak (Erş Henrik Qoldşmit) 1878-ci ildə Varşava şəhərində yəhudi ailəsində anadan olub. Henrik 11 yaşında ikən atası bərk xəstələnir və ailənin bütün qazancı onun müalicəsinə sərf olunurdu. Yaxşı təhsil alan oğlan 15 yaşında repetitor işləyir.

Az sonra onun pedaqoq kimi bacarığı üzə çıxır. Henrik nağıllarla, maraqlı söhbətlərlə darıxdırıcı məktəb fənlərini sanki dünyada bundan maraqlı bir iş yoxmuş kimi təqdim etməyi bacarır.

Artıq 18 yaşında o, pedaqogikanın problemlərinə həsr olunan “Qordi düyünü” adlı ilk məqaləsini dərc etdirir. Bu məqalədə gənc pedaqoq uşaqların təhsil və tərbiyəsindəki problemləri tam ciddiyyətlə ortaya qoyur. Məqalənin dərc olunduğu həftəlik qəzetin redaktoru ona əməkdaşlıq təklif etsə də, Henrik atasının ölümündən sonra ailəsini saxlamaq üçün tibblə məşğul olmaq qərarına gəlir və Varşava universitetinin tibb fakültəsinə daxil olur. Eyni zamanda, məqalə yazmağa davam edir.
Davamı →

Valideynlər üçün 10 prinsip

Yanuş Korçak (1879-1947) böyük polyak pedaqoqu, yazıçısı, həkimi və ictimai xadimidir. O, üç dəfə öz həyatını xilas etməkdən imtina edib.

Birinci dəfə: Polşa alman qoşunları tərəfindən mühasirəyə alınmamışdan bir az qabaq Yanuş direktoru olduğu uşaq evini atıb, İsrailə mühacirətə getmək təklifindən imtina edib.

İkinci dəfə: Varşava düşərgəsindən qaçmaq təklifindən imtina edib.

Üçüncü dəfə: Kimsəsizlər evinin sakinləri yəhudi düşərgəsinə gedən qatara mindirilərkən, SS zabiti Korçaka yaxınlaşıb soruşur:
— “Matiuş Kralı”nı siz yazmısınız? Mən o kitabı uşaqlıqda oxumuşam. Yaxşı kitabdır. Sizi azad edirəm.
— Bəs uşaqlar?
— Uşaqlar gedəcək. Siz vaqonu tərk edə bilərsiniz.
— Səhv edirsiniz. Edə bilmərəm. Bütün insanlar əclaf deyil!
Davamı →