Uşaqlar üçün bayram hədiyyələri

Budur, yenə Yeni İl yaxınlaşır. Digər tərəfdən uşaqların Yeni il arzularının siyahısı gündən-günə daha da uzanır. Onları kim günahlandıra bilər? Televiziya, sosial media və ətrafdındakı dostları sayəsində bu gün uşaqlar daim yeni oyuncaqlar, elektron yeniliklər və tətbiqlərdən anında xəbərdar olurlar.
Uşaqların ən çox xoşuna gələcək hədiyyəni necə seçək deyirsinizsə, o zaman aşağıdakı siyahı ilə tanış olun.

Davamı →

Yeni il hədiyyəsi almaq üçün nə edək? 2019-un seçimləri

Dekabr ayının əvvəlindən hamını bir sual düşündürür: yeni il hədiyyəsi üçün nə seçməli?
Sual cavabını tapmaq həm çətindir, həm də asan. Gərək elə bir hədiyyə alasan ki, o universal olsun, mənfi emosiya yaratmasın və insan ona baxan kimi dərhal sevinsin.
Məsələn, bir evdar qadına siz blender yaxud qazan dəsti almaq mümkündür. Amma, bir məsələ var. Hədiyyə nə qədər həmin xanıma faydalı, mətbəxi üçün çox gərəkli əşya olsa da, ona baxanda ilk anda pozitiv enerji tez yaranmır.
Gərək hədiyyə elə olsun ki, o dərhal, anındaca xoş emosiyalar oyatsın. Loru dildə desək, “bezotkaznı” variant lazımdır.
Davamı →