Kinomuzun Cahandar ağası haqda maraqlı faktlar

Ələddin Aslan oğlu Abbasov 5 may 1922-ci ildə Gəncədə doğulub. Ailədə dörd qardaş, iki bacı olublar. Evin kiçiyi Ələddin Abbasov olub.
Yeniyetmə vaxtlarından sənətə olan həvəsi onu 15 yaşında Gəncə Dövlət Dram Teatrının nəzdindəki aktyor studiyasına gətirir. İkillik teatr təhsili almaqla yanaşı, repertuardakı tamaşalarda kütləvi səhnələrdə çıxış edib. 1939-cu ildən peşəkar aktyor kimi həyatını bütünlüklə bu teatrla bağlayıb.
Aktyorun özünün dediyinə görə, sənətə gəlməyi o qədər də asan olmayıb. Həkim, müəllim və başqa peşələrə yiyələnən bacı-qardaşları içərisində aktyorluq sənətinə yiyələnən yalnız o olur. Teatr adı gələndə əsəbiləşən Aslan bəy ağlına belə gətirməyib ki, oğlu da nə vaxtsa səhnəyə çıxıb aktyorluq edəcək. Oğlunu səhnədən, qeyri-ciddi hesab etdiyi sənətdən ayıra bilməyən ata elə köhnə kişilərə xas tərzdə xeyir-dua verib deyir “Aktyor olursan ol, amma qapı ağzında nizə tutanından olma, yaxşısından ol!”

Davamı →