Rezus-faktor üzrə ana və döl qanının uyğunsuzluğu

Rezus-faktor (Rh) — insan eritrositlərində olan spesifik zülal olub insanların 85%-nin qanında aşkar edilir (15%-də isə təsadüf edilmir). Birincilər müsbət rezus-faktorlu (Rh+), ikincilər mənfi rezus-faktorlu (Rh-) adlanır.

Əgər atanın qanı rezus-müsbət, ananın qanı isə rezus-mənfidirsə, böyük ehtimal var ki, doğulacaq uşağın qanı rezus-müsbət olacaqdır.
Bu halda ana ilə döl arasında rezus-münaqişə (uyğunsuzluq) yarana bilər. Ananın qanı rezus-müsbət, atanın rezus-mənfi olduqda və ya valideynlərin hər ikisinin qanı rezus-mənfi olduqda, hamiləlik zamanı rezus-münaqişə inkişaf etmir.

Hamiləlik dövründə rezus-münaqişələrin baş verməsinin səbəbi — qanı rezus-müsbət olan dölün qanındakı eritrositlərin, qanı rezus-mənfi olan ananın qan dövranına daxil olmasıdır (bu hal hamiləliyin 7-8-ci həftəliyindən başlayır). Bu zaman ananın immun sistemi dölün qanındakı eritrositləri yad kimi qəbul edərək onlara qarşı xüsusi zülallar — anticisimlər hazırlayır. Bu anticisimlərin məqsədi isə, rezus-mənfi ana üçün yad olan dölün rezus-müsbət eritrositlərini məhv etməkdən ibarətdir. Daha sonra bu anticisimlər cift vasitəsilə dölə keçərək onun eritrositlərini məhv etməyə başlayırlar. Nəticədə döldə və ya yeni doğulmuş uşaqda hemolitik xəstəliyin inkişaf etməsi təhlükəsi yaranır.
Ardı →