Anafilaktik şokun profilaktikası

Anafilaktik şokun əsas “günahkarları” – dərmanlardır. Buna görə də hər bir həkim xəstəyə bu və ya digər müalicə yazmamışdan qabaq, xəstədən həmin preparatı və ya onun analoqlarını qəbul edib-etmədiyini, müalicəni necə keçirdiyini, bu dərmanlara reaksiyanın olub-olmadığını (əgər olubsa, hansı formada olduğunu) soruşmalıdır.

Əgər Sizdə və ya Sizin uşağınızda nə vaxtsa anafilaktik şok baş vermişsə, mütləq ona səbəb olan allergenin (dərman, qida və s.) adını yazıb özünüzdə saxlayın!

Əgər əvvəllər belə reaksiya olmayıbsa, lakin Sizdə və ya Sizin uşağınızda allergiyaya meyllik olarsa, bu barədə də mütləq həkimə məlumat verin!

Əgər Sizə və ya Sizin uşağınıza dərman inyeksiyaları təyin edilmişsə, onun icrası üçün tibbi mərkəzinə, poliklinika və ya xəstəxanaya müraciət etmək daha yaxşı olar. Bu halda hətta anafilaktik şok inkişaf edərsə, tibb müəssisəsində sizə tez bir zamanda təcili yardım göstərə bilərlər.
Ardı →

Allergiya və autoallergiya

Allergiya (yun. «allos» — başqa, özgə; «erqon» — iş, fəaliyyət, təsir) — orqanizmin antigen təbiətli maddələrə qarşı yüksəlmiş və təhrif olunmuş reaksiyasıdır. Orqanizmin yad və ya potensial təhlükəli hesab edib, ona qarşı antitellər (əks-cisimlər) hasil etdiyi hər hansı maddəyə antigen deyilir. Allergiya törədən antigenlər allergen adlanır.
Allergik xəstəliklər lap qədimdən mövcud olmuşdur. Keçmişdə bədənin səpməsini, şişdiyini gördükdə, «toxluq edib» deyirdilər.
Qida maddələrinin törətdiyi allergik xəstəliklər hələ məşhur Hippokratın, Qalenin vaxtından məlumdur. 1819-cu ildə ilk dəfə ingilis alimi Con Boston otun təsirindən törənən allergiyanı təsvir etmişdir. Fransız alimi Şarl Rişe, rus alimi Q.P.Saxarov, ingilis pediatrı Smit, iyirminci əsrin əvvəllərində allergiya xəstəliklərini müşahidə etmiş, müəyyən təcrübələr aparmış və faydalı fikirlər söyləmişlər. Sonralar İ.İ.Meçnikov bu fikirləri daha da genişləndirmişdir.
Hazırda allergiya orqanizmə daxil olan hər hansı yad cismə, yad zülala qarşı həssaslığın artması kimi təsəvvür olunur. Müəyyən edilmişdir ki, immunokompetent sistem orqanizmə daxil olan hər hansı cismin, yaxud maddənin onun özününmü, ya ona yadmı olduğunu yaxşı bilir. Ona görə də orqanizmə daxil olan hər hansı yad cismə qarşı mühafizə xarakterli əks-cisimlər hasil olur.


Ardı →

Anafilaktik şok

Anafilaktik şok — Kəskin allergiyanın ən ağır təzahürlərindən biri olmaqla, həyat üçün təhlükə yaradan vəziyyətdir. Ən çox penisillin və başqa antibiotiklərin, habelə müalicə serumları, rentgenokontrast maddələr və s. daxil edilməsindən sonra baş verir. Əsas əlamətlərin preparatın yeridilməsindən sonra dərhal döşdə sıxıntı, başgicəllənməsi, başağrısı, narahatlıq, kəskin zəiflik, bədəndə hərarət hiss edilməsi. Ağır hallarda bu əlamətlərə kollaps  simptomları əlavə edilir. Kollaps huşun itirilməsi ilə birgə davam edə bilər, bəzən də komatoz hal inkişaf edir. Bu cür xüsusilə ağır hallarda anafilaktik şok simptomlarının təzahür etməsindən bir neçə dəqiqə sonra ölüm baş verə bilər.


Ardı →