Karolina Herşel

Karolina Herşel (Lukresiya) 8 quyruqlu ulduz (kometa) və üç Nebula (Dumanlıq) kəşf edən, modern Avropada məvacibli çalışan rəsmi vəzifəli ilk qadın astronomdur.
Karolina Herşel 1750-ci ildə Hannoverdə anadan olub. Hərbi musiqiçi olan atası İsaak Herşel altı övladına da musiqi və riyaziyyat təhsili vermişdi. Anası İlse Herşel iki qızı üçün başqa düşüncəyə sahib idi, Karolinanın dərzilik öyrənməsini və ailəyə baxmasını istəyirdi.

Karolina 10 yaşındaykən inkişafına əngəl olan səpmə yatalaq xəstəliyinə tutulur, amma buna baxmayaraq, musiqi məşqlərini ev işləri ilə birlikdə çatdırırdı.


Davamı →

Öz bayramımızın tarixinə varanda

Novruz bayramının vətəni AZƏRBAYCANDIR! Soruşan ola bilər ki, axı Novruz bayramını İran, İraq, Əfqanıstan, Türkiyə, Pakistan, Hindistan (Kəşmir), Çin (Uyğurustan), Rusiya (Tatarıstan, Başqırdıstan), Tacikistan, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Yunanıstan, Makedoniya kimi ölkələrin yerləşdiyi böyük coğrafiyada qeyd olunur, niyə məhz Azərbaycan?    Misirdə, Şumerdə, Babildə yaz günlərinin əziz tutulması məlumdur, bəs bayramın əsl vətəni haradır?

Davamı →