Avokado yağının faydaları

Avokado yağı sarının yaşıla çaları rəngdə, yüngül və xoş dada malik mayedir. Onun ətri qoz yağının ətrinə bənzəyir. Avokado yağı avokado meyvəsinin lətli hissəsi sıxmaqla əldə edilir.
Yüksək texnoloji alətlərin hesabına avokado yağı əldə edilən zaman onun təırkibində olan vitaminlər, minerallar, yağ turşuları və bioloji aktiv maddələr öz tərkibini dəyişmir. Avokado ilk dəfə yeddi min il qabaq Mərkəzi Amerika ölkələrində yetişdirilməyə başlamışdır. İndi kasıb Meksika ailələrinin hər gün süfrələrində avokado meyvəsini görmək olur. Avokado yağının ixracına görə İspaniya dünyada birinci yerdə durur. İngiltərə kosmetologiya sahəsində avokado yağından ən çox istifadə edən ölkədir.

Davamı →