Əli Hüseynzadənin unudulmuş rəsm əsərləri

2017-ci ildə azərbaycanlı mütəfəkkir, həkim, yazıçı-publisist, rəssam Əli Hüseynzadənin arxivi qızı Feyzavər Alpsar tərəfindən Azərbaycan İstiqlal Muzeyinə hədiyyə edildi. Bu qiymətli nümunələr arasında 37 təsviri sənət əsəri, 48 fotoşəkil, 53 şəxsi əşya, 22 orden, medal və nişanlar, eləcə də ipək üzərində çap olunmuş “Həyat” qəzeti var. Bu əsərlərin 61 ədədi Azərbaycana gətiriləndən sonra bərpa olundu.
Əli bəy Hüseynzadənin arxivi ilə tanış olmaq üçün İstiqlal muzeyində olduq, hədiyyə edilən əşyaların fotoşəkillərini əldə etdik.

Davamı →

Əhməd bəy Ağaoğlu kimdir?

Azərbaycanda türkçülük hərəkatı ideoloqlarından biri. Görkəmli ictimai-siyasi xadim, publisist, yazıçı, hüquqşünas, şərqşünas-islamşünas alim Əsilzadə ailəsində anadan olmuşdur valideynləri Qarabağ xanlığının əsasını qoyan Pənahəli xanın nəslindəndir. İlk təhsilini Şuşadakı rus məktəbində və Tiflis gimnaziyasında almışdır. Peterburq Mühəndis-Texniki İnstitutuna daxil olmuş, lakin təhsilini yarımçıq qoymuş, Parisə gedərək, hüquq məktəbini və Sorbonna Universitetini bitirmişdir. Burada Şərq xalqlarının tarixini, ərəb, fars və türk dillərini mükəmməl öyrənmiş, 1890-cı ildə Şərq fəlsəfəsinə və ədəbiyyatına dair ilk elmi məqaləsini nəşr etdirmişdir. Bunun ardınca müxtəlif məcmuələrdə digər yazıları da dərc olunmuşdur. Əhməd bəy Ağayev 1892-ci ildə, 23 yaşında Londonda keçirilən Beynəlxalq şərqşünaslıq konqresində "Şiə məzhəbinin mənbələri" mövzusunda məruzə etmiş, məruzə konqresin qərarı və Kembric Universitetinin vəsaiti ilə bir neçə Qərb dillərində dərc olunmuşdur.

Davamı →

Mirzə Cəlilin rus dilinə münasibəti

XIX əsrin ikinci yarısından etibarən Azərbaycan ədəbi dilinə rus-Avropa mənşəli sözlərin daxil olması geniş vüsət aldı. Proses Çar Rusiyasının həmin əsrdən hətta bir əsr qabaq cənubi Qafqazı öz imperiyasının tərkibinə daxil etmək istəməsi ilə başlandı. I Pyotrun Qafqaz siyasəti və planları uzunmüddətli oldu və bu coğrafiyanın Rusiyaya ilhaq edilməsi təqribən 100 illik periodda tamamlanmış oldu. “Gülüstan” (1813) və “Türkmənçay” (1828) müqavilələri ilə Qafqaz və bizim üçün isə ən acınacaqlısı olan şimali Azərbaycan Çar Rusiyasının sərhədləri daxilinə çevrildi. Sonrakı proses isə məlumdur… imperiya siyasəti: parçala, hökm sür.

Davamı →

Cəlil Məmmədquluzadə

Yazıçı – dramaturq, jurnalist, ictimai xadim Cəlil Məmmədquluzadə 10 fevral 1869-cu ildə Naxçıvan şəhərində anadan olmuşdur. İlk təhsilini əvvəlcə mollaxanada, sonra Naxçıvan şəhər məktəbində almışdır. 7 iyun 1887-ci ildə Zaqafqaziya Müəllimlər Seminariyasını (Qori) bitirmiş, bir müddət İrəvan quberniyasının kəndlərində müəllimlik etmişdir(1887-1897). İlk məlum bədii əsəri sayılan «Çay dəstgahı»(1889) alleqorik pyesini, «Danabaş kəndinin əhvalatları» (1894-1936 cı ildə nəşr olunmuşdur) povestini də bu dövrdə yazmışdır. 1896-cı ildə ilk ailə həyatını qurmuşdur. 1897-ci ildə qızı Münəvvər anadan olmuş, həyat yoldaşı Həlimə xanım vəfat etmişdir.

Davamı →

Şərqin ilk qadın rəssamı Qeysər Kaşıyeva

Məhv edilmiş rəsmlər və Bağırov xofu

Repressiya dalğası mədəniyyətin digər sahələrini vurduğu kimi, rəssamlıqdan da yan keçmədi. Bu dalğanın öz ağuşuna aldığı insanlardan biri də Azərbaycanın ilk peşəkar rəssam qadını, hələ tələbəlik illərindən avropalı rəssamların diqqətini çəkən Qeysər Kaşıyeva idi.


Davamı →