Adamı zorla dəli edərlər

Gözlüklü adam:
— Arxadaşlar, — dedi, — bu elə işdir ki, dərhal qərara gəlmək olmaz. Yaxşıca düşünüb-daşınmaq lazımdır.
Orada olanların ən cavanı:
— Bəli, — deyə gözlüklü adamın sözünə qüvvət verdi. — Biz çox yaxşı fikirləşməliyik. Elə olmasın ki, öz əlimizlə öz başımıza əngəl açaq.
Üzü çilli birisi:
— Əvvəla, — dedi, — gəlin, bunu birdəfəlik həll edək, görək biz indikindən razıyıqmı?
Hamı birdən bağırdı:
— Razı deyilik!!!
Üzü çilli adam yenə soruşdu:
— Nə üçün razı deyilik?
Gözlüklü:
— Qardaşım, axı o dəlidir — dedi.
O biriləri də:
— Bəli, bəli, dəlidir. Lap zırramasındandır, — deyə təkrar etdilər.
Üzü çilli adam:
— Məsələ də elə burasındadır. Biz Yeni seçkilərdə daha dəlini seçməməliyik.
Kök bir kişi:
— Bundan əvvəlki də dəli idi, — dedi.


Ardı →