8.2.1. İtaliyada pul-kredit sisteminin genezisi və inkişafı

Italiyada bank işi Romada meydana gəlmiş və yunan bank işinə bənzər şəkildə təşkil olunmuşdur. Artıq bizim era­dan əvvəl III əsrdə pul əmanətlərinin qəbulu, pul vəsait­lərinin köçürülməsi, sadə və ipoteka borclarının verilməsi, hərracların təşkili və həyata keçirilməsi kimi əmə­liyyatlar aparan argen­ta­rilər və ya menzarilər yaran­mışdır. Makedoni­ya­dan Herkules sütunlarına qədər əra­zidə əməliyyat aparan Opiyev və Iqnasiyev evləri daha məşhur idi. Bank işinin daha böyük inkişafı orta əsrlərin sonunda və Intibah dövründə Venesiyada və Flo­ren­siya­da baş vermişdir.


Ardı →