Banklarda elektron ödəmələr

Elektron ödəmələrin təkmilləşməsi prosesi nəğd pullardan çeklərə, çeklərdən kredit və debit kartları kimi ödəmə kartlarına doğru sürən uzun bir tarixi yol keçmişdir. Hər bir ödəmə metodu öz vəzifələrini çox yaxşı həyata keçirmiş, lakin elektron cinayətkarlığın səviyyəsi artmağa davam etdikcə, daha mükəmməl texnologiyaya və radikal dəyişikliklərə ehtiyac duyulmağa başlamışdır.
Son dövrlər ərzində bir sıra ənənəvi bank sahələrinin bağlanması və internet bankinq, Avtomatik Kassir Maşınları (ATM-Automatic Teller Machines), Elektron Ötürmə Fondlarının (EFT-Electron Funds Transfer) meydana gəlməsi və inkişafı ilə əlaqədar olaraq, insanlar hazırda günün 24 saatı, həftənin 7 günü, ilin 365 günü elektron interfeys vasitəsilə öz pul vəsaitlərinə çıxış imkanını əldə edə bilirlər. Tədqiqatlar nümayiş etdirir ki, əvvəlki dövrlərə nisbətən bu gün bu texnologiya daha çox insanı əhatə etməyə başlamışdır. Bununla belə, bu növ ödəmələrdə və digər müasir texnologiyada müşahidə olunan bu cür artım bu gündə müasir cinayətkarlar üçün katalizator rolunu oynayır. Təəssüflər olsun ki, elektron ödəmələrə gəldikdə, cinayətkarlar müasir cəmiyyətin ehtiyac duyduğu eyni resurslara giriş imkanına malikdirlər.
Ardı →