Bayquşlar başlarını necə 270 dərəcə çevirir

ABŞ-dakı Con Hopkins Universitetinin tibb fakültəsindən doktor Filip Qeyllud (Philippe Gailloud) bayquşların bunu müxtəlif səbəblərə görə bacardığını bildirir.

Bayquşlar gecə ov ovlamaq üçün başlarını 270 dərəcə çevirməlidirlər. Çünki gözləri kəllədəki göz çuxurlarında sabit durur. Odur ki, görmə bucağını dəyişdirmək üçün başlarını hərəkət etdirməlidirlər.

Bayquşların boynu insanın boynundan daha elastikdir. Onlarda 14, bizdə isə 7 boyun fəqərəsi var. Bundan başqa, bayquşda oksigenli qanın beyinə daşınma forması çox maraqlı yaradılış möcüzəsidir.

F.Qeyllud və elmi dizayner Fabian de Kok-Merkado  (Fabian de Kok-Mercado) 12 ölü bayquş üzərində dəqiq anatomik tədqiqatlar aparıb. Tədqiqat nəticəsində məlum olub ki, bayquşlarda böyük arteriya damarı insandakı kimi boyunun yan tərəfində deyil, onurğa sütununun qarşısında, dönmə mərkəzinə yaxın yerdən keçir.

Beləliklə, bu damarlar daha az çevrilmə və gərilməyə məruz qalır və zərər çəkmə ehtimalı azalır.


Ardı →