Novruz yumurtası - mifik düşüncədə yaradılışın simvolu

Novruz bayramının başlıca simvollarından olan müxtəlif rənglərə boyanmış yumurtalar mifik təfəkkürün dünya haqqındakı anlayışının izlərini daşıyır. Mifolojik düşüncələrdə insanın yaradılışı kainatın yaradılışının təqlididir. İnsan da kainatın yaradılış qanunlarını izləyir, eyni başlanğıcı və formaları təqlid və təqib edir. Bu mənada yumurta mifik inanclarda kosmik ilkinliiyn, yaradılışın və kainatın formasıdır.

Polineziya adalarında yaşayan insanlarının kosmos haqqındakı ibtidai inancında bütün tanrıların atası və kainatın yaradıcısı olan Taaroanın “əzəldən bəri qabuğunun içində qaranlıqda yaşadığı” iddia edilir. Onun qabuğu, “sonsuz kainatda dönüb, dolaşan yumurtaya oxşayırdı”. Onlar üçün yumurta yaradılışın arketip modelidir. Bu model görünürdə bütünlüyü ifadə etsə də iki zidd gücü öz tərkibində daşıyır. Upanişadlarda insan cütlüyü kainatla eyniləşdirilir: ər arvadına “mən göy, sən yersən” (dyaur aham, pritivi tvam) deyir. Tavan ilə tabanın (yuxarı ilə aşağı) birliyi bir yumurtaya (ev) oxşadılır.
Davamı →