Xarici ticarət sövdələşmələrində nəqliyyat baziz şərtləri

Beynəlxalq ticarətdə əmtəələrin nəql edilməsində bazis şərtlərini yerinə yetirməyin son zəruri tədbir kimi nəzərdən keçirmək lazımdır. Onlar xarici ticarət münasibətlərində unifikasiya( yəni vəhid şəkilə salma), təşkilati və şəffaflıq elementləri özündə birləşdirirlər.Bazis şərtləri,xarici ticarət kontraktlarında vacib bəndlərdən biri olan nəqliyyat şərtləri ilə müəyyənləşdirilir. Onlar nəqliyyat xidmətlərinin ödənilməsində ilkin şərtlərin izah edilməsində alıcı ilə mal göndərənlərin arasındakı ziddiyyətlərin istisna olunması məqsədi üçün zəruridir. Bazis şərtləri Beynəlxalq ticarət palatası tərəfindən hazırlanmış, 1980-cı ildə Vena konvensasiyası ilə bəyənilib, təsdiq edilib və ümumbeynəlxalq genişlənməyə malikdir. Bazis şərtlərinin məzmunu və nəqletmə haqqında danışıqların vacib terminləri, əmtəələrin nəql edilməsində 13 bazis şərtinin qeyd olunduğu “İnkoterms” (1993-cü il) beynəlxalq qaydalarda əks olunmuşdur.


Ardı →