Beynəlxalq daşınmalar haqqında beynəlxalq razılaşmalar və konvensiyalar

Beynəlxalq ticarətdə əmtəələri(yüklərin) nəql edilməsi kifayət qədər mürəkkəb və bahalı proseduradır.Nəql olunan yüklərlə bağlı risklərin baş verməsi ehtimalı çoxdur.Belə ki, bu yüklər dənizləri-okeanları keçir,min kilometrlərlə yol qət edir, bir neçə dəfə bir nəqliyyat vasitəsindən digərinə yüklənir. Bütün bunlar beynəlxalq ticarətdə yüklərin nəql edilməsinin razılaşdırılmış şərtlərinin işlənilməsi zərurətini irəli sürür.
Beynəlxalq nəqliyyat əlaqələrinin beynəlxalq-hüquq reqlamenti kifayət qədər çoxdan məlumdur.Beynəlxalq razılaşmalara doğru ilk addım XVII-XVIII əsrlərdə yüklərin ümumi daşınması qaydaları və sığortalanması barəsində atılıb.Lakin bu səylər dağınıq şəkildə olduğundan çox vaxt uğursuzluqla nəticələnirdi. Möhkəm, sistematik və ümumi qəbul edilmiş danışıqlar və konvensiyalar yalnız XIX əsrin sonunda öz təsdiqini tapdı.Beynəlxalq iqtisadi münasibətlərin dərinləşməsi və inkişafının ölçüsü ilə bağlı olaraq yükdaşıma proseslərinin beynəlxalq norma və razılaşma prinsiplərinə olan tələbatı artdı.


Ardı →