Qış aylarında otaq bitkilərinə qulluq

  • Flora
Hava dəyişikliyi bitkilərə mənfi təsir etdiyinə görə, onların qış aylarında da sağlam olması üçün xüsusi qulluq lazımdır. Belə ki, temperatur dəyişikliyi ilə bərabər, eyni zamanda suvarılma, qidalandırma, işıq və rütubətlilik kimi digər amillərin də qış aylarında fərqlənməsi bitkiləri çaşdırır.

Güllər havaların soyuması ilə daha yavaş böyüməyə başlayır, payız-qış aylarında əksər bitkilərin yuxu dövrü başlayır, bəzi bitkilər üçün isə əksinə, aktiv dövr başlayır. Dibçək güllərinin yerləşdiyi yerdə temperaturun sabit olması daha məqsədəuyğundur. Bu yerin həddən artıq soyuması və ya isinməsinin qarşısı alınmalıdır. İsitmə sistemləri olan evlərdə temperatur dəyişikliyi daha az olduğu üçün belə şəraitdə onlar soyuq havadan daha az təsirlənirlər.
Davamı →