Böyrək çatışmazlığı zamanı hemodializ

Sağlam böyrəklər orqanizmdə filtr funksiyasını həyata keçirir.

Böyrəklərin əsas vəzifəsi qanı bir sıra zərərli maddələrdən təmizləməkdir. Onlar gün ərzində bizim qanımızı dəfələrlə (1 dəqiqədə təxminən 1 litr olmaqla) öz “süzgəclərindən” keçirərək onun tərkibində olan parçalanma məhsullarını, toksinləri, şlakları, öldürülmüş və ya tam öldürülməmiş mikrobları təmizləyirlər.

Lakin bəzən böyrəklər xəstəlikləri və ya patologiyaları səbəbindən onların funksiyası pozulur və böyrəklər qanı yaxşı təmizləyə bilmir. Nəticədə orqanizmdə ziyanlı maddələrin konsentrasiyası təhlükəli səviyyəyə qalxır. Bu vəziyyət «böyrək çatışmazlığı» adlandırılır. Böyrək çatışmazlığı ona səbəb olan xəstəlikdən asılı olaraq kəskin və ya xroniki ola bilər. Əgər bu vəziyyətdə lazım olan müalicə tədbirləri görülməzsə, insan həlak ola bilər.

Həm kəskin, həm də xroniki böyrək çatışmazlığı zamanı ən geniş istifadə olunan müalicə metodlardan biri hemodializdir. Bu termin iki yunan sözdən əmələ gəlib — «haemo» (qan) və «dialisis» (ayırma). Hemodializ — xüsusi «süni böyrək» apparatın köməyi ilə qanın effektli şəkildə təmizlənməsidir. Hemodializ zamanı xəstənin qanı bütün burada yığılan toksiki maddələrdən, duzlardan, artıq mayedən azad olur.


Ardı →

Böyrək xəstəliklərinin profilaktikası

Düzgün qidalanma
Böyrəklər ət və digər zülal mənşəli qidaları, xüsusən də onların daha tez-tez hallarda və çox miqdarda qəbul edilməsini “sevmirlər”. Bütün artıq zülallar və onların parçalanma məhsulları, təbii ki, böyrəklər vasitəsi ilə xaric olunmalıdır ki, bu da onların xeyli dərəcədə yüklənməsinə səbəb olur.

Məhz buna görə hazırda dəbdə olan, lakin heç bir ölçü daxilində balanslaşdırılmamış şəkildə tətbiq edilən zülali pəhrizlər böyrəklər üçün zərərli hesab olunur. Belə pəhrizlər son nəticədə zülal mübadiləsinin pozulmasına da səbəb ola bilər. Xarici tərəfdən hər böyrək xüsusi piyli kapsula ilə əhatə olunmuşdur ki, bu da onun daha isti, daha yumşaq və daha təhlükəsiz şəkildə qorunmasını təmin edir. Bu piy qatı böyrəkləri zərbələrdən, soyuqdan qoruyur, onun təbii vəziyyətinin saxlanmasına kömək edir. Ona görə də kəskin şəkildə arıqlamaq da böyrəklər üçün zərərli hesab olunur. Pəhriz nəticəsində piylər orqanizmdən xaric edilir və bu zaman böyrəklər praktiki olaraq “lüt” və müdafiəsiz qalır.
Ardı →

Böyrək daşına səbəb olan qida məhsulları

Böyrək daşları böyrəkdə və böyrək ətrafı nahiyələrdə şiddətli ağrılara səbəb olur. Böyrəkdə daşın əlamətləri əsasən sidikdə yanma, qanama, ürək bulanması və qusma kimi hallardır.
Günümüzdə bir çox insanın əziyyət çəkdiyi bu xəstəliyə yediyimiz qidaların səbəb olduğunu bilirdinizmi ?Böyrəkdə əmələ gələn daşın növünə görə onun hansı qida məhsulundan yarandığını bilmək mümkündür.Daşların yaranmasına əsasən aşağıdakı qida məhsulları səbəb ola bilər:

— Həddən artıq proteinli qida məhsulları
— Duzlu qidalar
— Şokolad
— Bəzi göyərtilər
— Həddən artıq çay və kofe 

digər bir səbəb kimi isə gün ərzində az su içməkdir. Normal bir insan gün ərzində 10-12 stəkan su içməlidir.

Davamı →

Böyrək qan dövranı

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.
böyrəklərdə qan dövranıBöyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens) əmələ gətirirlər.


Ardı →

Böyrəklərin morfostrukturu və yerləşməsi

Böyrəklər — cüt orqan olub, özünəməxsus görünüşə malik — lobya formasındadır.Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və lateral (bayır) kənarları, ön və arxa səthləri vardır.Medial kənarın ortasında böyrək qapısı-hilus renalis yerləşir, buradan orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan böyrək venası, limfa damarları xaric olurlar.Burada həmçinin, böyrək ləyəni yerləşir.

Ardı →